Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir. "Sabah"ın futbolçusu Stiv Solvet Sportal.az saytına müsahibə verib.
- "Sabah" "İmişli" ilə kubok görüşündə qələbə qazanaraq, növbəti mərhələyə adlamağı bacardı.
Səncə, matçın taleyini 90 dəqiqədə həll etmək olmazdı? - Matç əlavə vaxta getməmişdən əvvəl ikinci qol vurmaq şanslarımız oldu.
Amma onlardan yararlana bilmədik. Hər halda, əlavə vaxtda olsa belə, matçı qazandıq. Bu da ən vacib olanı idi.
- Azərbaycanda daha çox müzakirə olunan mövzulardan biri də hakimlərdir.
Sən Azərbaycanda hakimlərin oyunun nəticəsinə birbaşa təsir etdiyini düşünürsən? - Hakim oyunun bir hissəsidir.
Ona görə də təbii ki, onlar oyunun gedişatına təsir edə bilər. Amma buna çox diqqət yetirməməliyik.
- Məsələn, "İmişli" ilə kubok matçında Umarali Raxmonaliyevə görə baş hakim penalti təyin etdi. Epizoda sən də yaxın idin.