Icma.az
close
up
RU
Abubakarın hansı keyfiyyətdə olduğunu bilirik, amma şəxsən mən yalnız ona diqqət yetirmirəm MÜSAHİBƏ

Abubakarın hansı keyfiyyətdə olduğunu bilirik, amma şəxsən mən yalnız ona diqqət yetirmirəm MÜSAHİBƏ

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sabah"ın futbolçusu Stiv Solvet Sportal.az saytına müsahibə verib.

- "Sabah" "İmişli" ilə kubok görüşündə qələbə qazanaraq, növbəti mərhələyə adlamağı bacardı. Səncə, matçın taleyini 90 dəqiqədə həll etmək olmazdı?

Matç əlavə vaxta getməmişdən əvvəl ikinci qol vurmaq şanslarımız oldu. Amma onlardan yararlana bilmədik. Hər halda, əlavə vaxtda olsa belə, matçı qazandıq. Bu da ən vacib olanı idi.

- Azərbaycanda daha çox müzakirə olunan mövzulardan biri də hakimlərdir. Sən Azərbaycanda hakimlərin oyunun nəticəsinə birbaşa təsir etdiyini düşünürsən?

Hakim oyunun bir hissəsidir. Ona görə də təbii ki, onlar oyunun gedişatına təsir edə bilər. Amma buna çox diqqət yetirməməliyik.

- Məsələn, "İmişli" ilə kubok matçında Umarali Raxmonaliyevə görə baş hakim penalti təyin etdi. Epizoda sən də yaxın idin. Səncə, orada top komanda yoldaşının üzünə dəyir, yoxsa əlinə?

Mənim fikrimcə, top onun başına dəymişdi. Biz bunu videoda aydın gördük. Amma bunlar oyunun bir hissəsidir. Hakim öz qərarını verdi. Hər halda, biz reaksiya verə bildik və qol vurduq və bu, komandamız üçün müsbət haldır. Bu, inkişaf etdiyimizi göstərir.

- "Sabah"ın 1/4 finalda rəqibi "Qəbələ"dir. Yəqin ki, yarımfinal şansınız yüksəkdir?

Hər matç digərindən fərqlənir. Hazırda biz Premyer Liqaya və növbəti görüşümüzə düzgün hazırlaşmağa diqqət yetiririk.

- "Sabah" Azərbaycan kubokunun sonuncu sahibidir. Əsas hədəf titulu qorumaq olacaq?

Məqsədimiz kubok matçları da daxil olmaqla hər oyunda qalib gəlməkdir. Ona görə də bəli, bu da bizim məqsədimizdir.

- "Sabah"ı bir gündən sonra “Neftçi”yə qarşı matç gözləyir. "Neftçi"də baş məşqçi də istefaya göndərildi, gözləntiləri qarşılamırlar. Bu məqamda, onları məğlub etmək mümkün olacaq?

"Neftçi" yüksək keyfiyyətli komandadır. Son vaxtlar etdiyimiz işlərə uyğun olaraq, oyundan-oyuna davam etmək bizim öz üzərimizdədir və sonda bunun bizi hara aparacağını görəcəyik.

- Ümumiyyətlə, "Sabah"dan gözləntilər həmişə yüksəkdir. "Qarabağ"la çempionluq mübarizəsi apara biləcəyinizi düşünürsən, bu potensial var komandada?

Titul haqda danışmaq hələ tezdir. Amma Avropada və liqada ilk oyunlardan bəri irəliləyiş əldə etmişik və bu, ən vacib şeydir. İndi komanda olaraq inkişaf etməyə davam etməliyik.

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə dəyərləndirirsən? Elə sabah sizə rəqib olacaq Artıq Vensan Abubakar kimi tanınmış hücumçu da burada oynayır. Yəqin ki, ona qarşı oynamaq da çətin olacaq?

Bu, daim inkişaf edən çox rəqabətli bir liqadır. Hamımız Vensan Abubakarın hansı keyfiyyətdə olduğunu bilirik, karyerasına bələdik. Amma şəxsən mən yalnız ona diqqət yetirmirəm. Məqsəd eyni olaraq qalır: üç xalı qazanmaq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri