Abur cubur a qarşı QADAĞA: Azərbaycanda nə etmək lazımdır? | Icma.az
Icma.az xəbər verir, News24 saytına əsaslanaraq. “Abur-cubur qidaların uşaqlara ziyan olduğu hər kəsə məlumdur.
Hamı çalışır ki, uşaqlarını belə uşaqlardan uzaq tutsun. Özbəkistan abur-cubur qidalarını qadağa edən ölkələr sırasına daxil olub.
Bəs bu qadağanın Azərbaycanda olması üçün nə etmək lazımdır?”Məsələ ilə bağlı News24.az-a açıqlama verən pediatr Günay Hacızadə bildirib ki, Azərbaycanda uşaqlara yönəlmiş abur-cubur reklamlarının məhdudlaşdırılması və bu məhsulların satışına yaş həddi qoyulması kimi qərarlar çox faydalı ola bilər: "Belə bir təşəbbüsün uğurla həyata keçirilməsi üçün bir neçə vacib addım atılmalıdır.İlk növbədə, maarifləndirmə kampaniyaları genişləndirilməlidir.
Valideynlər, müəllimlər və uşaqlar arasında bu mövzuda məlumatlandırma aparılmalı, televiziya, sosial media və məktəblər vasitəsilə belə qidaların sağlamlığa zərərləri barədə aydın və davamlı şəkildə məlumatlar yayılmalıdır.
Digər mühüm addım məktəblərdə qida nəzarətinin gücləndirilməsidir.
Məktəb bufetlərində zərərli qidaların satışı qadağan edilə, onların əvəzinə meyvələr, qoz-fındıq, yoqurt kimi sağlam alternativlər təqdim oluna bilər.
Uşaq bağçalarında və ümumtəhsil müəssisələrində sağlam qidalanma proqramları hazırlanmalı və tətbiq edilməlidir".Onun sözlərinə görə, qanunvericilik səviyyəsində də tənzimləmələr vacibdir: "Özbəkistan nümunəsində olduğu kimi, Azərbaycanda da uşaqlara yönəlmiş abur-cubur reklamlarının məhdudlaşdırılması və bəzi məhsulların satışına yaş məhdudiyyətinin qoyulması mümkündür.
Bu, uşaqların sağlam qidalara yönəldilməsinə ciddi töhfə verə bilər. Valideynlərin rolu da burada böyükdür.
Tam oxu
Xəbəri oxu