Icma.az
close
up
RU
Abur cubur a qarşı QADAĞA: Azərbaycanda nə etmək lazımdır?

Abur cubur a qarşı QADAĞA: Azərbaycanda nə etmək lazımdır?

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

“Abur-cubur qidaların uşaqlara ziyan olduğu hər kəsə məlumdur. Hamı çalışır ki, uşaqlarını belə  uşaqlardan uzaq tutsun. Özbəkistan abur-cubur qidalarını qadağa edən ölkələr sırasına daxil olub. Bəs bu qadağanın Azərbaycanda olması üçün nə etmək lazımdır?”

Məsələ ilə bağlı News24.az-a açıqlama verən pediatr Günay Hacızadə bildirib ki,  Azərbaycanda uşaqlara yönəlmiş abur-cubur reklamlarının məhdudlaşdırılması və bu məhsulların satışına yaş həddi qoyulması kimi qərarlar çox faydalı ola bilər: "Belə bir təşəbbüsün uğurla həyata keçirilməsi üçün bir neçə vacib addım atılmalıdır.

İlk növbədə, maarifləndirmə kampaniyaları genişləndirilməlidir. Valideynlər, müəllimlər və uşaqlar arasında bu mövzuda məlumatlandırma aparılmalı, televiziya, sosial media və məktəblər vasitəsilə belə qidaların sağlamlığa zərərləri barədə aydın və davamlı şəkildə məlumatlar yayılmalıdır. Digər mühüm addım məktəblərdə qida nəzarətinin gücləndirilməsidir. Məktəb bufetlərində zərərli qidaların satışı qadağan edilə, onların əvəzinə meyvələr, qoz-fındıq, yoqurt kimi sağlam alternativlər təqdim oluna bilər. Uşaq bağçalarında və ümumtəhsil müəssisələrində sağlam qidalanma proqramları hazırlanmalı və tətbiq edilməlidir".

Onun sözlərinə görə, qanunvericilik səviyyəsində də tənzimləmələr vacibdir: "Özbəkistan nümunəsində olduğu kimi, Azərbaycanda da uşaqlara yönəlmiş abur-cubur reklamlarının məhdudlaşdırılması və bəzi məhsulların satışına yaş məhdudiyyətinin qoyulması mümkündür. Bu, uşaqların sağlam qidalara yönəldilməsinə ciddi töhfə verə bilər. Valideynlərin rolu da burada böyükdür. Onlar özləri sağlam qidalanma nümunəsi göstərməli, evdə bu qidaların əvəzinə faydalı və balanslı qidalar təqdim etməlidirlər.

Bununla yanaşı, uşaqlar arasında fiziki aktivlik artırılmalıdır. İdman dərsləri, açıq hava oyunları və müxtəlif fiziki fəaliyyətlər təşviq olunmalıdır ki, bu da abur-cubura marağın azalmasına kömək edəcək".

Pediatr belə bir qərarın Azərbaycanda tətbiqinin bir sıra müsbət nəticələrə səbəb ola biləcəyini vurğulayıb.  O, uşaqlar arasında piylənmə, diabet və digər xəstəliklərin yayılması azala biləcəyini, məktəbdəki performanslarının yaxşılaşacağını,  ümumilikdə sağlam həyat tərzlərinin formaşala biləcəyini qeyd edib:

"Lakin bəzi çətinliklər də ola bilər. Ticarətçilər və bəzi valideynlər ilkin mərhələdə narazılıq göstərə bilər. Eyni zamanda, ucuz və əlçatan abur-cubur məhsulları əvəzinə sağlam alternativlərin təmin olunması zəruridir.

Nəticə etibarilə, Özbəkistanın bu sahədə atdığı addımlar Azərbaycanda da dəstəklənməlidir. Amma bu, təkcə qadağalarla deyil, maarifləndirmə, qanunvericilik və alternativlərin yaradılması ilə yanaşı həyata keçirilməlidir. Uşaqların sağlam gələcəyi üçün bu cür tədbirlər zəruridir".

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:725
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 İyul 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri