AccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla h…
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda sahibkarlıq sahəsinin inkişafını daim dəstəkləyən AccessBank, qadın sahibkarlığının dəstəklənməsi məqsədilə həyata keçirdiyi Access2Success layihəsinin üçüncü dəfə uğurla başa çatdığını elan edir.
Layihə, ölkəmizdə fərdi sahibkarlığın inkişafına böyük önəm verən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilib.
Bu il Access2Success layihəsində 50 xanım iştirak edərək biznesin idarə edilməsi, satış və marketinq, emosional idarəetmə, liderlik bacarıqları və uğurlu biznesin hüquqi aspektləri kimi sahələrdə peşəkar bacarıqlarını genişləndirmək imkanı əldə etdilər.
Təlimlər, öz sahələrində təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən keçirilib.
"Biz, üçüncü dəfə uğurla həyata keçirdiyimiz və Azərbaycanda qadın sahibkarlara nəzərəçarpacaq faydalar gətirən Access2Success layihəsi ilə fəxr edirik.
Qeyd etmək istərdim ki, AccessBank-ın kredit portfelinin təxminən 20%-i özünü etibarlı borcalan kimi sübut etmiş qadın sahibkarlara verilən kreditlərdən ibarətdir.
Access2Success layihəsi hər il həyata keçirilir və məqsədimiz qadın sahibkarlığının inkişafını davam etdirmək və biznesin inkişafı üçün bərabər imkanların təmin edilməsidir.
Tam oxu
Xəbəri oxu