Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

AccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirib

AccessBank qadın sahibkarlığını dəstəkləyən Access2Success layihəsini üçüncü dəfə uğurla həyata keçirib

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda sahibkarlıq sahəsinin inkişafını daim dəstəkləyən AccessBank, qadın sahibkarlığının dəstəklənməsi məqsədilə həyata keçirdiyi Access2Success layihəsinin üçüncü dəfə uğurla başa çatdığını elan edir. Layihə, ölkəmizdə fərdi sahibkarlığın inkişafına böyük önəm verən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilib.

Bu il Access2Success layihəsində 50 xanım iştirak edərək biznesin idarə edilməsi, satış və marketinq, emosional idarəetmə, liderlik bacarıqları və uğurlu biznesin hüquqi aspektləri kimi sahələrdə peşəkar bacarıqlarını genişləndirmək imkanı əldə etdilər. Təlimlər, öz sahələrində təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən keçirilib.

"Biz, üçüncü dəfə uğurla həyata keçirdiyimiz və Azərbaycanda qadın sahibkarlara nəzərəçarpacaq faydalar gətirən Access2Success layihəsi ilə fəxr edirik. Qeyd etmək istərdim ki, AccessBank-ın kredit portfelinin təxminən 20%-i özünü etibarlı borcalan kimi sübut etmiş qadın sahibkarlara verilən kreditlərdən ibarətdir. Access2Success layihəsi hər il həyata keçirilir və məqsədimiz qadın sahibkarlığının inkişafını davam etdirmək və biznesin inkişafı üçün bərabər imkanların təmin edilməsidir. Biz əminik ki, bu layihə güclü sahibkarlıq mühitinin formalaşmasında mühüm rol oynayır və ölkənin iqtisadi inkişafına töhfə verir," - deyə AccessBank-ın İdarə Heyətinin Sədri Davit Tsiklauri bildirib.

"Avropa Yenidənqurma və İnkişaf Bankı, 2025-ci il üzrə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli özəl sektorun inkişafı, “yaşıl” iqtisadiyyata keçid və regional əlaqələrin təkmilləşdirilməsinə yönəlmiş Strategiyanı təsdiqləyib. Prioritet istiqamətlərdən biri qadınların və gənclərin rəhbərlik etdiyi bizneslərə dəstək verməkdir. Nəzərə alsaq ki, Azərbaycanda sahibkarlıq subyektlərinin yalnız 23%-nə qadınlar rəhbərlik edir, onların iqtisadiyyata töhfəsini artırmaq üçün ciddi potensial görürük. Bu kontekstdə qadın sahibkarlar üçün biznes bacarıqlarının öyrədilməsi üzrə AccessBank ilə əməkdaşlığımız vacibdir," - deyə AYİB-in KOB-ların maliyyələşdirilməsi və inkişafı qrupu, Türkiyə və Azərbaycan üzrə Regional Rəhbəri Serpil Çetinçift bildirib.

İlk Access2Success layihəsinə 2022-ci ildə start verilib və iştirak üçün 250-ə yaxın namizəd müraciət etmişdir. Onlardan tələblərə cavab verən 53 nəfər təlimlərə qatıldı. Növbəti, Access2Success-2 layihəsi isə 2023-cü ildə həyata keçirilib. Bu layihədə 250-dən çox müraciət arasından seçilən 50 qadın qatılmışdır. İştirakçılar konsaltinq, turizm, təhsil, səhiyyə kimi sahələri təmsil edirdilər. 5 həftə davam edən Access2Success layihəsində qadın sahibkarlara biznesin strateji inkişafı, böhran zamanı idarəçilik, dövlət qurumlarına hesabatların təqdim edilməsi, satış, marketinq, elektron ticarət, kadrların idarə edilməsi və biznesə nəzarət mövzularında təlimlər keçirilib.

Access2Success qadınların maliyyə əlçatanlığı, məhdud biznes bilikləri və peşəkar inkişafa mane olan baryerləri aradan qaldırmağa kömək etmək məqsədi daşıyır. Proqram iştirakçılara biznesi uğurla idarə etmək və güclü biznes şəbəkələri qurmaq üçün lazım olan resursları və bilikləri hər il təmin etməyə davam edəcək.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Fevral 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri