Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır. Yaşamaq gözəldir, deyirlər. Həm də həyat çox şirindir.
Bunları yaşadıqca duyur, hiss edirik. Bəli, həyat şirindir, yaşamaq gözəldir.
Lakin o zaman gözəldir ki, onu sağlam şəkildə yaşaya, bütün gözəlliklərini duya bilirsən.
Səhhətində nə isə problem olan insan xəstə olduğu müddətdə yalnız öz dərdləri, ağrıları ilə baş-başa qalır.
Onun həyatın gözəlliklərini duymağa nə zamanı, nə həvəsi, nə də marağı olur.
Səhərdən axşamadək ağrıları, dərman qəbulu, pəhriz yeməkləri ona günəşin doğma və qüruba enmə vaxtlarını unutdurur.
Gecələrin yaraşığı, gözəlliyi olan yuxu isə ərşə qalxdığından gecələr ona gözəl yox, günün ən ağır, dözümsüz anı kimi gəlir.
Odur ki, bu həyatın gözəlliyini duymaq istəyiriksə, birinci növbədə sağlamlığımızın qeydinə qalıb, xəstələnməməyə çalışmalıyıq.