Icma.az
close
up
RU
Acı verən şirin...

Acı verən şirin...

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Yaşamaq gözəldir, deyirlər. Həm də həyat çox şirindir. Bunları yaşadıqca duyur, hiss edirik. Bəli, həyat şirindir, yaşamaq gözəldir. Lakin o zaman gözəldir ki, onu sağlam şəkildə yaşaya, bütün gözəlliklərini duya bilirsən. Səhhətində nə isə problem olan insan xəstə olduğu müddətdə yalnız öz dərdləri, ağrıları ilə baş-başa qalır. Onun həyatın gözəlliklərini duymağa nə zamanı, nə həvəsi, nə də marağı olur. Səhərdən axşamadək ağrıları, dərman qəbulu, pəhriz yeməkləri ona günəşin doğma və qüruba enmə vaxtlarını unutdurur. Gecələrin yaraşığı, gözəlliyi olan yuxu isə ərşə qalxdığından gecələr ona gözəl yox, günün ən ağır, dözümsüz anı kimi gəlir. Odur ki, bu həyatın gözəlliyini duymaq istəyiriksə, birinci növbədə sağlamlığımızın qeydinə qalıb, xəstələnməməyə çalışmalıyıq. Məhz bu halda həyat gözəl və şirindir.

300 minədək...

Sağlamlığımızı əlimizdən alan, bizə narahat bir ömür bəxş edən xəstəliklərdən biri də diabetdir ki, bu gün ölkəmizdə artıq sayı 300 minədək olan şəkərli diabet xəstəsi var. Çünki onlar hansısa səbəblərdən artıq bu xəstəliyin daşıyıcılarıdır. Bəzən sadəcə şəkər xəstəliyi adlandırdığımız bu xəstəlik hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi böyük vəsait tələb edən xroniki, həm də sürətlə artan bir xəstəlikdir. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında, təqribən, 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilir. Bu xəstəliyin yüksək artımı, eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edib.

Bu faktları sadalamaqda məqsədim yuxarıda da vurğuladığım kimi, şəkərli diabetin adi yox, ciddi xəstəlik olduğunu bir daha nəzərə çatdırmaqla, bu xəstəliklə hər birimizin mübarizə aparmalı olduğunu anlatmaqdır. 300 min heç də kiçik rəqəm deyil. Hələ bu rəqəmin 1800-nün uşaq və yeniyetmələr olduğunu nəzərə alsaq, bu, daha qorxuludur və həyəcan təbilinin çoxdan çalınmalı olduğunu göstərən faktdır.

Ona adi baxdıqca...

Bəlkə də çoxları mənimlə eyni fikirdə olar ki, bütün zamanlarda “şəkər xəstəliyi” deyiləndə ağlımıza çox da təhlükəli olmayan xəstəlik gəlib. Bu səbəbdən də ona adi bir xəstəlik kimi baxmışıq. Və bu adiliyin səbəbi isə fikrimcə, elə “şəkər” sözündən qaynaqlanıb. Çünki şəkər şirin deməkdir. Şirin isə düşüncələrimizdə təbii ki, müsbətlər sırasındadır.

Xəstəlik ağrı-acıdır, əzabdır. Acı dərmanlar, xəstəxanalarda uzun-uzadı müalicə almaq, aylar, illərlə yataqda qalmaqdır. Lakin biz şəkər xəstələrini adətən ayaq üstündə görmüşük. Elə buna görə də həm bu xəstələrin özləri, həm də yaxınları ona adi xəstəlik kimi baxırlar. Bəs bu xəstəlik nə edir? Ona adi baxdıqca, öz yerini daha da möhkəmləndirir. Hələ minlərlə qapılar döyüb, çağırılmamış qonaq kimi evlərə soxulub, yuxarı başa keçərək qonaq qismindən ev sahibliyi qisminə də keçir. Biz ona adi bir xəstəlik kimi baxdıqca o, bütün bədənimizə hakim kəsilir. Bir də baxırıq ki, artıq bu “şirin” xəstəlik acıdan başqa bir şey vermir bizə. Bir də baxırıq ki, biz artıq süfrəyə düzülən bütün nemətlərə əl uzada bilmirik. Bütün ədviyyatlarla hazırlanan yeməkləri yeyə bilmirik. Bir də baxırıq ki, bu “şirin” xəstəlik şirin olan hər şeyi əlimizdən alıb, azşəkərli məhsullarla qidalanmağa vadar edib bizləri. Pəhriz saxlamağa, günün müəyyən saatlarında yeyə bilməyə, yanımızda şəkərimizi ölçən cihaz gəzdirməyə vadar edib bizləri.

Hələ ilk zamanlarda məhz bunları müşahidə etsək də, elə bütün bunlara riayət etməməklə qarşıda gözləmədiyimiz yataq xəstəsinə çevriləcəyimizi, bu şirinliyin bizi daha hansı acılarla üz-üzə qoyacağını heç ağlımıza belə gətirmədən yaşayırıq. Yaşaya-yaşaya da bu xəstəliyin bir gün sağalması mümkün olan digər xəstəliyimizi acımıza, kədərimizə çevirəcəyini düşünmürük. Düşünmürük ki, şəkərli diabet xəstəsi olmasaydıq, filan əməliyyatımız, filan müalicəmiz çox uğurla nəticələnə bilərdi və biz həyatda qala-yaşaya bilərdik.

Şəkərin ən yaxın dostu-stres

Dünyada 537 milyon insan şəkər xəstəliyindən əziyyət çəkir, dedik. Minlərlə insan isə bu xəstəliyi daşıdığından xəbərsizdir. Yaşayır, gəzir-dolaşır, yeyir-içir, lakin hələ də şəkər xəstəsi olduğu ağlına gəlmir. Aradabir baş ağrılarını, baş gicəllənmələrini, ürək bulanmalarını, qan təzyiqinin enmə-qalxmasını əsassız bir şey hesab edərək yaşayır. Bunlar üçün həkimə müraciət etmir, hansı ki, həkimə getməklə şəkərli diabet olduğunu bilər və dərhal onun qarşını almaqla ağırlaşmalara doğru yola çıxmaz.

Biz həmişə düşünmüşük ki, şəkər xəstəliyinin başlıca səbəbi şəkərli qidalarla bağlıdır. Lakin düşünmürük ki, xeyr, əslində şəkərli qidalarla deyil, həmin şəkərli qidaları yaxşı həzm edə bilməyən orqanlarımızla bağlıdır. Onların xəstələnməyə başlamasından xəbərsiz olmağımız şəkərli diabetin orqanizmimizə qanaq gəlməsi ilə nəticələnir. Ümumilikdə isə mütəxəssislərin fikrincə, şəkər xəstəliyi, şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Şəkər xəstəsi qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevrilər ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Buradan isə yenə də o qənaətə gəlmək olur ki, bəli, insan şəkərli diabet xəstəsi olduğunu bilərsə, qanında qlükozanın artmasının qarşısını ala bilər. Bu isə tək qidalanmaqla deyil, ümumi həyat tərzi ilə daha çox bağlıdır. Onlardan birini-stresi vurğulamaqla demək olar ki, bütün xəstəliklər kimi, şəkərli diabetin də ən yaxın dostu stresdir. Bu, şəkər xəstəliyi ilə bağlı ağıla gələn bəlkə də ən son fikir olsa da, lakin əslində xəstəliyin ilkin yaranma səbəbidir. Belə isə stresdən, həyəcandan, əsəbləşməkdən kənar olmaq lazımdır. Çünki bunlar orqanizmdə müəyyən xəstəliklərin yaranma səbəbidir.

Həyat tərzini düzgün qurmayanda...

Biz həyat tərzimizi düzgün qura bilməyəndə bir çox xəstəliklərin qurbanı oluruq, bəli. Şəkərli diabet kimi. Oluruq bu xəstəlikdən asılı. İki tipdə olan bu xəstəliyin daşıyıcısı, əzablarını yaşayan, həyatın şirinliyindən məhrum olanlara çevrilirik. Ya birinci tip diabetlər üçün vacib olan gündəlik insulin inyeksiyalar, ya da ikinci tip diabetlərin istifadə etdiyi həblər vasitəsilə qanımızda qlükozanı norma çərçivəsində saxlamağa məcbur oluruq.

Beləliklə, dərman preparatlarından asılı vəziyyətə düşürük. Onları həmişə yanımızda gəzdirməyə məcbur oluruq. Çünki onlarsız özümüzü yaxşı hiss etmirik, hətta yemək yeməyə belə qorxuruq ki, birdən şəkərimiz qalxar. Bəzən isə ya yanımızda götürməməyimiz, ya da vaxtında qəbul etməməyimiz səbəbindən şəkərimiz qalxır, özümüzü pis edirik və bu, bir günümüzü əlimizdən alır. Həyatın gözəl bir gününü yaşaya bilmirik. Baş ağrıları, ürək döyüntüləri ilə günümüzü başa vurmaq məcburiyyətində qalır, səhəri gün isə bunun halsızlığını yaşamalı oluruq.

Birinci, düzgün həyat tərzi keçirməklə, evdənkənar qidalarla qidalanmamaqla bu xəstəliyin qarşısını ala bilərik. Ən əsası isə stresdən uzaq olmaqla, şəkərli diabeti özümüzdən uzaqlaşdıra, bununla həm özümüzü, həm ailə üzvlərimizi qorumuş olarıq. Bu halda həyatın gözəlliyini də dərindən duya-duya yaşaya bilərik.

Həyat gözəldir... Sağlam yaşadığımız müddətdə bunu dərk etmək istəməsək də, “belə də olmalıymış”,- deyə düşünsək də, xəstələnəndə tam mənası ilə anlayırıq. Anlayırıq ki, həyatı xəstəliyin verdiyi ağrı-acı ilə yaşamaqdan çətin heç nə yoxdur. Anlayırıq ki, yaşadığımız gün deyil, ağır, ötüb-keçməyən ildir, əsrdir.

Odur ki, bütün bəşəriyyət sağlam olmaq, sağlam yaşamaq üçün mübarizəyə qalxmalıdır. Hər şeyi bir kənara qoyub sağlamlığımız üçün bütün maneələri əllərimizlə özümüzdən kənarlaşdırmalıyıq. Təbiətdə, ətraf aləmdə, iş yerində, evdə sadəcə ruhumuzu oxşayan, sağlamlığımıza xidmət edəcək anlarla yaşamalıyıq. Həyat məhz bu zaman öz gözəlliyi ilə bizim ola bilər. Bu gün haqqında söhbət açdığımız şəkərli diabet xəstəliyinin də həyatımızın gözəlliyinə kölgə saldığını nəzərə alıb onunla mübarizə aparmaq və acı verən “şirin” həyata sahib olmamaq diləyilə...

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2024 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see160

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see129

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see120

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri