Milli.az saytına istinadən Icma.az xəbər verir. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış i
İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Milli.Az xəbər verir ki, modern.az maksimal nəticə göstərən aşagirdlər Mədinə İsmayılzadə və Ömər Rəsulovun təəssüratını öyrənib.
M.İsmayılzadə bildirib ki, çox çalışdığı üçün yüksək nəticə əldə edəcəyini gözləyirdi, amma maksimal nəticə onun üçün də sürpriz olub: "Təhsilimi gələcəkdə xaricdə tibb ixtisası üzrə davam etdirmək istəyirəm.
İmtahanda hamı kimi mən də açıq suallardan qorxurdum. Ancaq mənə görə açıq suallar səviyyəli idi, hamısını cavablandırdım.
Əgər məqsədə çatmaq üçün çalışırsınızsa, nəticə hər zaman olur. Abituriyentlər özlərinə güvənməlidirlər.
Əgər çalışırlarsa, uğur da qazanacaqlar". Ömər Rəsulov qeyd edib ki, xəbəri qürur hissi ilə qarşılayıb: "Əziyyət çəkən hər kəs bəhrəsini gör
İmtahana qədər bütün fənlərdən yaxşı hazırlaşmışdım. Bir az ingilis dilindən çəkinirdim. İmtahana girəndə çətinlik çəkəcəyimi düşünmürdüm.