Icma.az
close
up
RU
Açıq suallardan qorxurdum 300 bal toplayanlar FOTO

Açıq suallardan qorxurdum 300 bal toplayanlar FOTO

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Milli.Az xəbər verir ki, modern.az maksimal nəticə göstərən aşagirdlər Mədinə İsmayılzadə və Ömər Rəsulovun təəssüratını öyrənib.

M.İsmayılzadə bildirib ki, çox çalışdığı üçün yüksək nəticə əldə edəcəyini gözləyirdi, amma maksimal nəticə onun üçün də sürpriz olub:

"Təhsilimi gələcəkdə xaricdə tibb ixtisası üzrə davam etdirmək istəyirəm. İmtahanda hamı kimi mən də açıq suallardan qorxurdum. Ancaq mənə görə açıq suallar səviyyəli idi, hamısını cavablandırdım. Əgər məqsədə çatmaq üçün çalışırsınızsa, nəticə hər zaman olur. Abituriyentlər özlərinə güvənməlidirlər. Əgər çalışırlarsa, uğur da qazanacaqlar".

Ömər Rəsulov qeyd edib ki, xəbəri qürur hissi ilə qarşılayıb:

"Əziyyət çəkən hər kəs bəhrəsini görər. İmtahana qədər bütün fənlərdən yaxşı hazırlaşmışdım. Bir az ingilis dilindən çəkinirdim. İmtahana girəndə çətinlik çəkəcəyimi düşünmürdüm.

İkinci mərhələdə inşallah 700 bal toplamağı planlaşdırıram. Mənim üçün əsas mərhələ birinci idi, ikinci mərhələyə daha yaxşı hazırlaşacağımı bilirəm. Gələcəkdə təhsilimi informasiya təhlükəsizliyi üzrə ADA Universitetində, yaxud BANM-da davam etdirmək istəyirəm. Abituriyentlərə demək istəyirəm ki, çox oxumaq yox, keyfiyyətli oxumaq əsasdır. Fikriniz dərsdə olmalıdır, çox çalışmalısınız. Əlavə şeylərlə çox çalışmaq yaxşı deyil, amma ətrafdan da məlumatlı olmalısınız".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Aprel 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see415

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see280

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see172

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see163

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see162

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see123

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri