Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti'' daha bir diqqətçəkən transferə imza atıb.
''Pələnglər'' bu günlərdə ''Mançester Yunayted''dən Tobi Kollyeri mövsümün sonuna qədər icarəyə götürmüşdülər.
İndi də digər çempionşip təmsilçisi ''Bristol''dan Yu Hirakava heyətə cəlb olunub. 25 yaşlı bu futbolçu da 6 aylığa icarəyə götürülüb.
Bu keçidin əsas özəlliyi ondadı ki, Hirakava ''Hall Siti''nin ilk yaponiyalı futbolçusu kimi tarixə düşüb!
Sağ vinger mövqeyində oynayan, sürəti və texnikası ilə diqqət çəkən Hirakavanın ''Hall Siti''nin hücum potensialını gücləndirəcəyi gözlənilir.
Bu futbolçu bu mövsüm ''Bristol''da forma geydiyi 27 rəsmi oyunda aktivinə 2 qol, 2 məhsuldar ötürmə yazıb.
Transferin maddi detalları barədə məlumat verilməsə də, ''transfermarkt''a inansaq, yaponiyalının dəyəri 1 milyon avro civarındadı.