Acunun komandası üçün tarixi transfer
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti'' daha bir diqqətçəkən transferə imza atıb.
''Pələnglər'' bu günlərdə ''Mançester Yunayted''dən Tobi Kollyeri mövsümün sonuna qədər icarəyə götürmüşdülər. İndi də digər çempionşip təmsilçisi ''Bristol''dan Yu Hirakava heyətə cəlb olunub. 25 yaşlı bu futbolçu da 6 aylığa icarəyə götürülüb.
Bu keçidin əsas özəlliyi ondadı ki, Hirakava ''Hall Siti''nin ilk yaponiyalı futbolçusu kimi tarixə düşüb! Sağ vinger mövqeyində oynayan, sürəti və texnikası ilə diqqət çəkən Hirakavanın ''Hall Siti''nin hücum potensialını gücləndirəcəyi gözlənilir.
Bu futbolçu bu mövsüm ''Bristol''da forma geydiyi 27 rəsmi oyunda aktivinə 2 qol, 2 məhsuldar ötürmə yazıb. Transferin maddi detalları barədə məlumat verilməsə də, ''transfermarkt''a inansaq, yaponiyalının dəyəri 1 milyon avro civarındadı.
Onun ''Bristol'' ilə 2028-ə qədər müqaviləsi var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 20 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















