ADA Universitetinin 3cü Məzun Forumu İtaliyada keçirilib | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ADA Universitetinin 3-cü Məzunlar Forumu Avropada, İtaliyanın paytaxtı Romada keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “İlhamlandır. Təsir et.
Dəyişdir” başlığı altında keçirilən forum dekabrın 8-i Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub.
ADA Universitetinin təşkilatçılığı, İnkişaf və Diplomatiya İnstitutunun, ADA Universiteti Fondunun, KOLİN, Azərbaycan Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə təşkil olunan forum ADA məzunlarını, idarəetmə, eləcə də professor-müəllim heyətinin üzvlərini bir araya gətirib.
Forum iştirakçıları universitetin planlarını, daim inkişaf edən əmək bazarının indiki və gələcək trendlərini, yeni tendensiyalarını, çətinliklərini və imkanlarını müzakirə ediblər.
İştirakçılar, həmçinin məzunların mobilliyini təmin edəcək layihələr üzrə əməkdaşlıq imkanları barədə düşüncələrini bölüşüblər.
Forum Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun və Romadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadənin salamlama nitqləri ilə davam edib.
Tam oxu
Xəbəri oxu