Icma.az
close
up
RU
ADA Universitetinin 3cü Məzun Forumu İtaliyada keçirilib

ADA Universitetinin 3cü Məzun Forumu İtaliyada keçirilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ADA Universitetinin 3-cü Məzunlar Forumu Avropada, İtaliyanın paytaxtı Romada keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “İlhamlandır. Təsir et. Dəyişdir” başlığı altında keçirilən forum dekabrın 8-i Azərbaycan Mədəniyyət Mərkəzində baş tutub. ADA Universitetinin təşkilatçılığı, İnkişaf və Diplomatiya İnstitutunun, ADA Universiteti Fondunun, KOLİN, Azərbaycan Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) dəstəyi ilə təşkil olunan forum ADA məzunlarını, idarəetmə, eləcə də professor-müəllim heyətinin üzvlərini bir araya gətirib.

Forum iştirakçıları universitetin planlarını, daim inkişaf edən əmək bazarının indiki və gələcək trendlərini, yeni tendensiyalarını, çətinliklərini və imkanlarını müzakirə ediblər. İştirakçılar, həmçinin məzunların mobilliyini təmin edəcək layihələr üzrə əməkdaşlıq imkanları barədə düşüncələrini bölüşüblər.

Forum Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun və Romadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadənin salamlama nitqləri ilə davam edib.

Daha sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış ediblər.

ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov təhsil ocağının inkişaf planlarına dair ümumi məlumat verib və gələcək üçün strateji hədəflərini açıqlayıb. Onun moderatorluğu ilə keçirilən “İş mühitinin gələcəyi: Universitetlər necə uyğunlaşmalıdırlar?” mövzusundakı sessiyada təhsilə və əmək bazarının inkişafına təsir edən faktorlar müzakirə olunub.

Universitetin dosenti Anar Vəliyevin “ADA məzunlarının daha güclü təsir üçün hərəkətə gətirilməsi” mövzusundakı sessiyasında isə məzunları daha fəal əməkdaşlığa sövq etmək üçün nəzərdə tutulan innovativ layihələr ətrafında fikir mübadiləsi aparılıb.

ADA Məzunları Assosiasiyasının İdarə Heyətinin üzvü Səbuhi Xəlili deyib: “Forum məzunların bir-biri ilə əlaqələrinin yenidən qurulması üçün əla fürsətdir. Bu tədbir bizə tələbəlik günlərimizin mehriban ab-havasını canlandırmağa, ADA Universitetinin böyüməsinə və ümumilikdə isə cəmiyyətin inkişafına öz töhfəmizi verməyə ruhlandırır”.

Qeyd edək ki, ADA Universiteti Məzunlarının Forumu hər il 100-dək məzunun iştirakı ilə müxtəlif ölkələrdə keçirilir və tədbir zamanı birgə fəaliyyət istiqamətləri müzakirə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Dekabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri