Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. “Belə-belə videolarla müəllimlərin, məktəblərin evini yıxmışıq.
İndi heç bir uşaq məktəbə təhsil, təlim müəssisəsi kimi baxmır.
Sadəcə, vaxt keçirməyə, dostları ilə əylənməyə gedirlər məktəbə...”Son illərdə cəmiyyətdə mənfi bir tendensiya müşahidə olunur.
Böyüklərin məsuliyyətsizliyinin, şəxsi maraqlarının və ictimai təzyiq yaratmaq istəklərinin yükü getdikcə daha çox uşaqların çiyinlərinə yüklənir.
Ən həssas, ən müdafiəsiz yaşda olan azyaşlılar sosial problemlərin, narazılıqların və ictimai qınağın mərkəzinə çəkilir, bəzən də məqsədli şəkildə “səs gətirən” vasitəyə çevrilirlər.
Bu, təkcə mənəvi deyil, həm də etik və hüquqi baxımdan təhlükəli prosesdir.Uşaqları kamera qarşısına çıxarıb böyüklərin fikirlərini onların dilindən səsləndirmək, onlara əzbərlədilmiş müraciətlər etdirmək, sosial şəbəkələrdə “effekt yaratmaq” üçün vasitəyə çevirmək kimi hallar açıq şəkildə uşağın istismarıdır.
Bu cür davranış nə valideyn qayğısı, nə də ictimai fəallıq nümunəsidir, əksinə, uşağın psixoloji rahatlığına, sosial münasibətlərinə və gələcəkdə özünə münasibətinə ciddi zərbə vurur.Cəmiyyət bəzən “məsələyə diqqət çəkirik” adı altında uşaqları önə itələyir, lakin unudur ki, hər bir ictimai çağırışın arxasında formalaşmaqda olan bir uşaq şəxsiyyəti dayanır.
O uşaq sabah məktəbdə dostsuz qalır, müəllimləri tərəfindən tərəddüdlə qarşılanır, ya da “böyüklərin dediyini deyən” biri kimi damğalanır.