Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq. Asiya İnkişaf Bankı (ADB) inkişaf etməkdə olan üzv ölkələrdə, o cümlədən Azərbaycanın nəq
Redaktor.az xəbər verir ki, layihənin həyata keçirilməsi üçün 1,57 milyon ABŞ dolları məbləğində texniki yardım ayrılacaq.
Bunun 1,17 milyon ABŞ dolları Çiçəklənən və Dayanqlı Asiya və Sakit okean regionu üçün Yaponiya Fondunun qrantı əsasında, 400 min ABŞ dolları isə Yüksək Texnologiyalar Fondu tərəfindən təmin ediləcək.
Texniki yardım Azərbaycanın nəqliyyat sektorunda, eləcə də Kamboca, İndoneziya, Papua Yeni Qvineya və Samoanın maliyyə sektorunda layihələrin hazırlanması və həyata keçirilməsinə yönəlib.
Texniki yardımın əsas məqsədi ADB-nin kredit əməliyyatlarında kibertəhlükəsizlik tədbirlərini təkmilləşdirməklə bu ölkələrin kibertəhlükələrə qarşı dayanıqlığını artırmaqdır.
Layihəyə informasiya materiallarının hazırlanması və yayılması, təlim və tədris səfərləri vasitəsilə potensialın inkişafı, layihələrin həyata keçirilməsinə və tərəfdaşlığın inkişafına dəstək daxildir.
“Rəqəmsal iqtisadiyyat böyüdükcə inkişaf etməkdə olan ölkələr yeni çağırışlarla üzləşirlər.
Rəqəmsallaşma iqtisadi artımı, dövlət xidmətlərinin və innovasiyaların təkmilləşdirilməsini təşviq etməklə yanaşı, kibertəhdid risklərini artırır.