Icma.az
close
up
RU
ADB Azərbaycanda bu sektora dəstək VERƏCƏK

ADB Azərbaycanda bu sektora dəstək VERƏCƏK

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Asiya İnkişaf Bankı (ADB) inkişaf etməkdə olan üzv ölkələrdə, o cümlədən Azərbaycanın nəqliyyat sektorunda kibertəhlükəsizlik potensialının gücləndirilməsi layihəsini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, layihənin həyata keçirilməsi üçün 1,57 milyon ABŞ dolları məbləğində texniki yardım ayrılacaq. Bunun 1,17 milyon ABŞ dolları Çiçəklənən və Dayanqlı Asiya və Sakit okean regionu üçün Yaponiya Fondunun qrantı əsasında, 400 min ABŞ dolları isə Yüksək Texnologiyalar Fondu tərəfindən təmin ediləcək.

Texniki yardım Azərbaycanın nəqliyyat sektorunda, eləcə də Kamboca, İndoneziya, Papua Yeni Qvineya və Samoanın maliyyə sektorunda layihələrin hazırlanması və həyata keçirilməsinə yönəlib. Texniki yardımın əsas məqsədi ADB-nin kredit əməliyyatlarında kibertəhlükəsizlik tədbirlərini təkmilləşdirməklə bu ölkələrin kibertəhlükələrə qarşı dayanıqlığını artırmaqdır.

Layihəyə informasiya materiallarının hazırlanması və yayılması, təlim və tədris səfərləri vasitəsilə potensialın inkişafı, layihələrin həyata keçirilməsinə və tərəfdaşlığın inkişafına dəstək daxildir.

“Rəqəmsal iqtisadiyyat böyüdükcə inkişaf etməkdə olan ölkələr yeni çağırışlarla üzləşirlər. Rəqəmsallaşma iqtisadi artımı, dövlət xidmətlərinin və innovasiyaların təkmilləşdirilməsini təşviq etməklə yanaşı, kibertəhdid risklərini artırır. Məsələn, 2021-ci ildə 30 təşkilat arasında aparılan sorğunun nəticələrinə görə, kiberhücumun nəticələrinin aradan qaldırılmasının, o cümlədən dayanma müddətinin, şəbəkə xərclərinin və itirilmiş imkanların orta dəyəri hər insident üçün 1,85 milyon ABŞ dolları təşkil edib.

Dünya İqtisadi Forumunun Qlobal Risklər Hesabatına görə, kibercinayətkarlıq Şərqi Asiya və Sakit okean regionu ölkələri üçün ilk beş risk arasında yer alıb. Bu, inkişaf etməkdə olan üzv ölkələrdə kibertəhlükəsizliyin dəstəklənməsi zərurətini xüsusilə kritik edir”, - ADB-dən vurğulanıb.

Bununla əlaqədar olaraq, layihənin əsas nəticələri arasında Bank kibertəhlükəsizlik haqqında biliklərin yaxşılaşdırılmasını, kibertəhlükəsizlik alətlərinin yaradılmasını, o cümlədən mühüm infrastrukturun qorunması və internet əşyalarının təhlükəsizliyinə dair tövsiyələrin verilməsini, materialların ADB-nin rəsmi internet saytı vasitəsilə yayılmasını, sosial şəbəkələri və beynəlxalq konfransları xüsusi qeyd edir. İnkişaf etməkdə olan üzv ölkələrin potensialını inkişaf etdirmək məqsədilə dövlət məmurları üçün treninq və təlim səfərlərinin keçirilməsi, seminarların və fərdi treninqlərin təşkili, təcrübə mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi üçün platformaların yaradılması nəzərdə tutulur. Gələcəkdə layihələrin həyata keçirilməsini dəstəkləmək üçün kibertəhlükəsizliyə potensial investisiyaların qiymətləndirilməsi, layihələrin risk təhlili və maliyyə dayanıqlığı aparılacaq.

Texniki yardım layihəsinin 2027-ci ilin sonuna qədər həyata keçirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2024 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri