Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. 01.02.2025 15:40 dərc edilib.
Qeyd edək ki, yanvar ayında vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılan Adəm Məmmədovun cavab haqqını tanımağımıza rəğmən, o, israrla yazının saytdan silinməsini tələb edib və açıqlama vermək istəmədiyini bildirib.
Ancaq sonradan Pravda.az saytına zəng edərək şikayətçi Şirin Abbasovun onun barəsində səsləndirdiyi iddiaları şər və böhtan adlandırıb.
A.Məmmədov Pravda.az-a deyib ki, Ş.Abbasovun iddiası əsasında dərc edilən “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” başlıqlı məqalədəki fikirlər həqiqətəuyğun deyil.
O, məlumatın saytdan götürülməsini xahiş edib, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirib.
KONKRET.az olaraq bildiririk ki, qanunvericiliyə uyğun olaraq qarşı tərəfə cavab haqqı vermişik.
A.Məmmədov isə bununla razılaşmayıb, yazının saytdan götürülməsini istəyib.
Ancaq onun Pravda.az- verdiyi bu açıqlamanı Adəm Məmmədovun iddiaçı Şirin Abbasova cavabı kimi qəbul edərək saytımızda yayımlanan məqalənin içərisinə yerləşdirməyi öz peşə borcumuz bildik.