Icma.az
close
up
RU
Adəm Məmmədovdan 30 minlik iddia barədə: “Bu, şər və böhtandır” Məhkəməyə üz tutur YENİLƏNDİ KONKRET

Adəm Məmmədovdan 30 minlik iddia barədə: “Bu, şər və böhtandır” Məhkəməyə üz tutur YENİLƏNDİ KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

01.02.2025 15:40 dərc edilib.

Qeyd edək ki, yanvar ayında vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılan Adəm Məmmədovun cavab haqqını tanımağımıza rəğmən, o, israrla yazının saytdan silinməsini tələb edib və açıqlama vermək istəmədiyini bildirib. Ancaq sonradan Pravda.az saytına zəng edərək şikayətçi Şirin Abbasovun onun barəsində səsləndirdiyi iddiaları şər və böhtan adlandırıb.

A.Məmmədov Pravda.az-a deyib ki, Ş.Abbasovun iddiası əsasında dərc edilən “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” başlıqlı məqalədəki fikirlər həqiqətəuyğun deyil.

O, məlumatın saytdan götürülməsini xahiş edib, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirib.

KONKRET.az olaraq bildiririk ki, qanunvericiliyə uyğun olaraq qarşı tərəfə cavab haqqı vermişik. A.Məmmədov isə bununla razılaşmayıb, yazının saytdan götürülməsini istəyib. Ancaq onun Pravda.az- verdiyi bu açıqlamanı Adəm Məmmədovun iddiaçı Şirin Abbasova cavabı kimi qəbul edərək saytımızda yayımlanan məqalənin içərisinə yerləşdirməyi öz peşə borcumuz bildik.

***

Bir müddət öncə fəaliyyəti dayandırılan vəkil Adəm Məmmədov haqqında intizam icraatının başladıldığı elan olunsa da, təfərrüatlar açıqlanmadı. Lakin uzun illərdir fəaliyyət göstərən, bir çox səs-küylü proseslərdə vəkil kimi çıxış edən Adəm Məmmədovun fəaliyyətinin dayandırılması təbii ki, açıq suallar yaratmaqla yanaşı, həm də böyük maraq doğurur. Müxtəlif iddialara görə, vəkil Adəm Məmmədov bir sıra məhkəmə proseslərində qərarların ayrı-ayrı şəxslərin leyhinə təmin ediləcəyinə vəd verərək onların külli miqdarda pulunu mənimsəyib. Ancaq vədini yerinə yetirə bilməməsi onun başına əməlli-başlı “oyun” açıb.

Səsləndirilən iddiaların doğru olub-olmadığını araşdırmaq qərarına gəldik və nəticə bizi vəkil Adəm Məmmədovun bu cür “əməlindən” zərər çəkənlərdən olan Abasov Şirin Tarış oğlu ilə qarşılaşdırdı.

KONKRET.az-a açıqlama verən Şirin Abbasov elə ilk telefon danışığımızda vəkil Adəm Məmmədovun ondan 30 min manat pul aldığını iddia edib:

“Oğlum avtoqəza keçirmişdi. Rayon məhkəməsində ona 4 il 9 ay olmaqla məntəqə tipli cəza verildi. Ancaq avtoqəza nəticəsində ölən şəxsin varisi ilə barışıq olmadığı üçün Adəm Məmmədov oğluma zəng edərək onu yanına çağırıb. Bildirib ki, 30 min manat pul verilməlidir ki, Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarını qüvvədə saxlasın. Oğlum da məcbur qalaraq 30 min manatı Adəm Məmmədova verib. Bundan sonra Apellyasiya Məhkəməsində 3 iclas keçirilib. Dördüncü iclasda isə Adəm Məmmədov oğluma bildirdi ki, məhkəməyə gəlməsin. Məqsəd o idi ki, oğlum barəsində axtarış elan olunsun və tapılana qədər vaxt udsun, işi həll etsin. Lakin bir ay yarım keçəndən sonra oğlumu tutaraq “Kürdəxanı”ya göndərdilər. On iki gündən sonra Apellyasiya Məhkəməsi keçirildi və oğluma 5 il 6 ay iş kəsdilər. Belə olan halda Adəm Məmmədovdan pulumu geri verməsini tələb etdim. Barəsində şikayətlər verdim və aidiyyatı qurumlara müraciətlər ünvanladım. Bundan sonra məni otağına çağıraraq barəsində etdiyim şikayəti geri götürməyimi istədi və oğlumu bəraət və ya məntəqə tipli cəza ilə həbsdən çıxaracağına söz verdi. Məni arxayın etdiyi üçün razılaşdım və şikayətimi geri götürdüm. Ancaq Ali Məhkəmə də Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Bundan sonra mən Adəm Məmmədovdan pulumu geri tələb etsəm də, məhəl qoymadı. “Mənim sənə verəcək pulum yoxdur, hara istəyirsən, şikayət et” deyərək çıxıb getdi. Sonra oğlumu Binəqədi Rayon Polis İdarəsində Adəm Məmmədovla üzləşdirdilər. Oğlum ona öz əli ilə pul verdiyini bir daha təsdiqlədi. Hazıda Binəqədi Rayon Prokurorluğunda Adəm Məmmədov barəsindəki şikayətimə baxılır. Ancaq hələlik heç bir nəticə yoxdur”, – deyə Şirin Abbasov vurğulayıb.

O, çıxışının sonunda Qarabağ qazisi olduğunu və əlil arabasında gəzdiyini bildirib. Aidiyyatı qurumlardan şikayətinə tez bir zamanda baxılmasını və probleminin həll olunmasını xahiş edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri