Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş ağrısı müxtəlif xəstəliklərin əlaməti ola bilər və ən çox stress və fiziki yorğunluq keçirən insanlarda rast gəlinir.
Aparılan araşdırmalar göstərir ki, insanların əksəriyyəti baş ağrısına dözməyə vərdiş edib.
Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, baş ağrısını görməzdən gəlmək ciddi fəsadlara səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla baş ağrısının təhlükələri ilə bağlı bilmədiyiniz məlumatları təqdim edir: Alimlər bildirirlər ki, baş ağrısı həmişə yalnız stress və ya yorğunluqla əlaqəli olmur.
Bu, beyində infeksiya, iltihab və ya daxili qanaxma kimi ciddi problemlərin əlaməti ola bilər.
Aşağıdakı hallarda mütləq həkimə müraciət etmək lazımdır: Baş ağrısı qəfil başlayıb və sürətlə güclənirsə Baş ağrısı yüksək hərarət və boyun əzələlərinin gərginliyi ilə müşayiət olunursa Baş ağrısı şüurun qarışması, huşunu itirmə və ya qıcolmalar yaradırsa Başa zərbə aldıqdan sonra baş ağrısı meydana çıxıbsa Niyə baş ağrısına dözmək olmaz?
Mütəxəssislər xəbərdarlıq edirlər ki, baş ağrısına vərdiş etmək və onu müalicə etməmək vəziyyəti daha da pisləşdirə bilər.