Icma.az
close
up
RU
Adi baş ağrısının təhlükəli fəsadları AÇIQLANDI

Adi baş ağrısının təhlükəli fəsadları AÇIQLANDI

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baş ağrısı müxtəlif xəstəliklərin əlaməti ola bilər və ən çox stress və fiziki yorğunluq keçirən insanlarda rast gəlinir.

Aparılan araşdırmalar göstərir ki, insanların əksəriyyəti baş ağrısına dözməyə vərdiş edib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, baş ağrısını görməzdən gəlmək ciddi fəsadlara səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla baş ağrısının təhlükələri ilə bağlı bilmədiyiniz məlumatları təqdim edir:

Alimlər bildirirlər ki, baş ağrısı həmişə yalnız stress və ya yorğunluqla əlaqəli olmur. Bu, beyində infeksiya, iltihab və ya daxili qanaxma kimi ciddi problemlərin əlaməti ola bilər. 

Aşağıdakı hallarda mütləq həkimə müraciət etmək lazımdır:

Baş ağrısı qəfil başlayıb və sürətlə güclənirsə

Baş ağrısı yüksək hərarət və boyun əzələlərinin gərginliyi ilə müşayiət olunursa

Baş ağrısı şüurun qarışması, huşunu itirmə və ya qıcolmalar yaradırsa

Başa zərbə aldıqdan sonra baş ağrısı meydana çıxıbsa

Niyə baş ağrısına dözmək olmaz?

Mütəxəssislər xəbərdarlıq edirlər ki, baş ağrısına vərdiş etmək və onu müalicə etməmək vəziyyəti daha da pisləşdirə bilər. Baş ağrısını görməzdən gəlmək aşağıdakı fəsadlara səbəb ola bilər:

Tez-tez baş ağrılarının yaranması – Ağrı epizodlarının sayı artır və getdikcə daha şiddətli olur.

Bədənin həssaslığının artması – Nevrologiya üzrə aparılan araşdırmalar göstərir ki, baş ağrısı zamanı beyin və onurğa beynində dəyişikliklər baş verir.

Bu dəyişikliklər nəticəsində bədən daha həssas olur və gələcəkdə daha zəif səbəblərlə belə baş ağrısı yarana bilər. Əgər baş ağrısı müalicə olunmazsa, bu, bədənin həddindən artıq həssaslaşmasına və müntəzəm baş ağrılarının yaranmasına səbəb ola bilər. Tez-tez başı ağrıyan insanlar daha əsəbi və aqressiv olurlar. Xroniki baş ağrıları depressiya və hətta intihar düşüncələrini artıra bilər.

Aparılan araşdırmalara görə, baş ağrıları uzun müddət davam etdikdə, insanların psixoloji vəziyyəti pisləşir və onlar daha gərgin və depressiv olurlar. Baş ağrısı insanın gündəlik həyatına ciddi təsir göstərir. İşdə və ya evdə diqqəti cəmləmə qabiliyyəti azalır. İstehsalçılıq və səmərəlilik aşağı düşür. Yaxınlarla münasibətlərdə problemlər yarana bilər Uzun müddət davam edən baş ağrıları xroniki miqrenin inkişafına səbəb ola bilər.

Xroniki miqren daha çətin müalicə olunur və hətta bəzi hallarda əlilliyə səbəb ola bilər. Baş ağrısını görməzdən gəlmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Ona görə baş ağrısını effektiv şəkildə idarə etməyi öyrənmək lazımdır. Vaxtında həkimə müraciət etmək və müalicəyə başlamaq vacibdir. Müalicə olunmayan baş ağrısı gələcəkdə daha tez-tez və daha ağır şəkildə təkrarlana bilər.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri