Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
43 yaşlı braziliyalı supermodel Adriana Lima sevgilisi, əyləncə şirkətinin baş direktoru Andre Lemmerslə Kaliforniyanın Santa-Monika şəhərində evlənib.
O, əlamətdar hadisəni “İnstaqram” səhifəsində bildirib. Lima hekayələrində səhra fonunda ərinin əlindən tutduğu fotonu paylaşıb.
Kamera onun brilyant qaşlı üzüyünü də yaxından çəkib.Sfera.az bildirir ki, Adriana Lima və Andre Lemmers 2021-ci ildə görüşməyə başlayıblar.
Cütlük münasibətlərini uzun müddət gizli saxlayıb. Ötən ilin avqustunda isə onların övladları olub.
“Rəsmi olaraq xanım Lima Lemmers” - deyə model paylaşımına başlıq yazıb.
Cütlük bu yaxınlarda fotonun çəkildiyi ehtimal olunan Əbu-Dabi səfərindən qayıdıb.2021-ci ilin əvvəlində görüşməyə başlayan Adriana və Andre ilk dəfə Venesiya Film Festivalında cütlük kimi qırmızı xalçada debüt ediblər.
Bir il sonra supermodelin üçüncü övladı doğulub. Cütlük körpəyə Cian Lima Lemmers adını qoyub.