Icma.az
close
up
RU
Adriana Lima ailə həyatı qurdu FOTOLAR

Adriana Lima ailə həyatı qurdu FOTOLAR

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

43 yaşlı braziliyalı supermodel Adriana Lima sevgilisi, əyləncə şirkətinin baş direktoru Andre Lemmerslə Kaliforniyanın Santa-Monika şəhərində evlənib. O, əlamətdar hadisəni “İnstaqram” səhifəsində bildirib. Lima hekayələrində səhra fonunda ərinin əlindən tutduğu fotonu paylaşıb. Kamera onun brilyant qaşlı üzüyünü də yaxından çəkib.
Sfera.az bildirir ki, Adriana Lima və Andre Lemmers 2021-ci ildə görüşməyə başlayıblar. Cütlük münasibətlərini uzun müddət gizli saxlayıb. Ötən ilin avqustunda isə onların övladları olub.
 

“Rəsmi olaraq xanım Lima Lemmers” - deyə model paylaşımına başlıq yazıb.
 

Cütlük bu yaxınlarda fotonun çəkildiyi ehtimal olunan Əbu-Dabi səfərindən qayıdıb.
2021-ci ilin əvvəlində görüşməyə başlayan Adriana və Andre ilk dəfə Venesiya Film Festivalında cütlük kimi qırmızı xalçada debüt ediblər. Bir il sonra supermodelin üçüncü övladı doğulub. Cütlük körpəyə Cian Lima Lemmers adını qoyub. Mənbələrə görə, onun adı "Maldiv adaları, Baham adaları və Bora Bora kimi yerlərdə dünyanın müxtəlif yerlərində suyun gözəl rənglərindən ilhamlanıb".
 

Qeyd edək ki, Adriananın keçmiş əri, serb basketbolçu Marko Yariçdən 12 yaşlı Valentina və 9 yaşlı Sienna adlı iki qızı da var.
 

Xatırladaq ki, Adriana Lima “Victoria's Secret” alt paltarı brendinin ən məşhur “mələk"lərindən biridir. O, 2003, 2007, 2008, 2010 və 2012-ci illərdə məşhur moda nümayişini açıb. Ulduz həmçinin “Giorgio Armani”, “Vera Wang”, “Louis Vuitton”, “Prada”, “Christian Dior” və “Anna Sui” ilə də çalışıb. Ən son olaraq, supermodel “Vogue” və “Marc Jacobs” üçün işlərini paylaşıb. O, oktyabr ayında “Victoria's Secret” şousuna yenidən qayıdıb.


Aynil

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sfera.az
archiveBu xəbər 19 Dekabr 2024 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri