ADSEA da İctimai Şura niyə yaradılmayıb? | Icma.az
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2014-cü il iyunun 1-də Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib.
Mia.az Aznews.az-a istinadla xəbər verir ki, qanunda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında məşvərətçi qurum - İctimai Şuraların yaradılması imperativ norma kimi əks olunub.
Başqa sözlə, bu, o deməkdir ki, hər bir mərkəzi icra hakimiyyəti orqanının yanında İctimai Şura yaradılmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) mərkəzi icra hakimiyyəti orqanıdır.
Deməli, qanunla onun yanında İctimai Şuranın yaradılması məcburidir. Amma ADSEA yanında İctimai Şura varmı? Yoxdur!
Bu, ADSEA rəhbərliyinin birbaşa qanunun tələblərini pozması mənasına gəlmirmi?
İctimai Şuralar müxtəlif dövlət qurumlarının yanında artıq uzun illərdir ki, fəaliyyət göstərir.
Tam oxu
Xəbəri oxu