Icma.az
close
up
RU
ADSEA da İctimai Şura niyə yaradılmayıb?

ADSEA da İctimai Şura niyə yaradılmayıb?

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2014-cü il iyunun 1-də Azərbaycanda “İctimai iştirakçılıq haqqında” qanun qüvvəyə minib.

Mia.az Aznews.az-a istinadla xəbər verir ki, qanunda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında məşvərətçi qurum - İctimai Şuraların yaradılması imperativ norma kimi əks olunub.

Başqa sözlə, bu, o deməkdir ki, hər bir mərkəzi icra hakimiyyəti orqanının yanında İctimai Şura yaradılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) mərkəzi icra hakimiyyəti orqanıdır. Deməli, qanunla onun yanında İctimai Şuranın yaradılması məcburidir. Amma ADSEA yanında İctimai Şura varmı? Yoxdur! Bu, ADSEA rəhbərliyinin birbaşa qanunun tələblərini pozması mənasına gəlmirmi?

İctimai Şuralar müxtəlif dövlət qurumlarının yanında artıq uzun illərdir ki, fəaliyyət göstərir. İctimai Şuralardan cəmiyyətin gözləntiləri tam şəkildə özünü doğrultmasa da, ortada xeyli müsbət nümunə və uğurlu fəaliyyət örnəkləri var. Zaur Mikayılovun sözügedən qanun kimi, bu cür nümunələrə də göz yumması "İctimai iştırakçılıq haqqında" qanunun tam şəkildə işləməsini təşviq edən vətəndaş cəmiyyəti nümayəndələrində haqlı etiraz doğurur. ADSEA-da aparılan kadr siyasəti, yaxınlıq və şəxsi münasibətlər əsasında verilən təyinatlar barədə mediada yayımlanmış çoxsaylı məlumatları nəzərə alanda, İctimai Şuranın yaradılmaması ilə vətəndaş iştirakçılığına etinasız yanaşılması çox da təəccüblü görünmür.

ADSEA-nın timsalında sözügedən qanuna məhəl qoyulmaması isə ona gətirib çıxarır ki:

Vətəndaşlar qurumun idarə olunmasında iştiraka cəlb edilmir; Qurumun fəaliyyətinə ictimai nəzarət həyata keçmir; Bu qurumla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyət təşkil olunmur; Rəhbərliyin fəaliyyətində aşkarlıq və şəffaflıq təmin edilmir; Qurumun siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəy və vətəndaşların qanuni maraqları nəzərə alınmır; Qurumun fəaliyyəti çərçivəsində pozula biləcək əsas insan və vətəndaş hüquqlarının müdafiəsinə şərait yaradılmır.

Xüsusi olaraq xatırlatmaq lazımdır ki, mediada ADSEA və onun fəaliyyəti barədə çoxsaylı tənqidi materiallar dərc olunub. Lakin qurum ünvanlanan tənqidlərin əksəriyyətini cavablandırmır, həmçinin jurnalistlərin informasiya sorğularına cavab verilmədiyinə dair şikayətlər də mövcuddur. Bu isə həm Konstitusiyanın, həm də müvafiq qanunların təmin etdiyi jurnalist hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilər. Eləcə də xatırlatmaq yerinə düşər ki, “İctimai iştirakçılıq haqqında” qanunun pozulması hüquqi məsuliyyət yaradan haldır.

Lakin ADSEA-nın yanında İctimai Şuranın yaradılmamasını sıradan bir qanun pozuntusu hesab etmək də olmaz. Bu, həm də dövlətin və dövlət başçısının ali siyasətindən yayınmaq barədə rəy doğurur. Dövlət büdcəsindən külli miqdarda vəsait alan bu qurumun necə işlədiyi, hansı layihələrə nə qədər pul sərf etdiyi barədə ictimaiyyətin məlumat alma imkanları qapalıdır. Su ehtiyatları əhalinin sağlamlığı, kənd təsərrüfatı və ekoloji tarazlıq üçün həyati əhəmiyyət daşıyır. Məlum məsələdir ki, ictimai nəzarət mexanizmi olmayanda korrupsiya riskləri artır, hesabatlılıq zəifləyir, vətəndaşların qanuni maraqları tapdanır. Bu baxımdan, ADSEA rəhbərliyinin İctimai Şura yaratmaması, əslində, demokratik institutlara hörmətsizlik və ictimai etimadın qəsdən zədələnməsi kimi qiymətləndirilə bilər.

Bütün bunlara baxmayaraq, Zaur Mikayılovu tərifləmək istəyənlər bəzən onu “islahatçı məmur” kimi təqdim edirlər. Əgər bir rəhbər qanunun ən sadə və açıq tələblərindən yayınırsa, ictimai nəzarətdən çəkinirsə və şəffaf idarəetməni təmin etmirsə, onu “islahatçı” adlandırmaq hansı məntiqə sığır?

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu saytda gedən xəbərə belə izahat verib: "ADSEA yanında yeni İctimai Şuranın yaradılması istiqamətində prosedur işlər aparılır. İcrimai Şuraların varlığı qurumun şəffaf fəaliyyətinə dəstəkdir. Heç bir qurum özünü bu dəstəkdən məhrum etməz.

Başqa tərəfdən ADSEA ictimaiyyətə tam açıq qurumdur və QHT-lər və media ilə qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir".

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://mia.az
archiveBu xəbər 07 Sentyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri