Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Dünən Azərbaycan Dillər Universitetində “Qafqazda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyalar” mövzusunda təşkil edilən geniş məzmunlu mötəbər tədbirə biz də dəvətli idik”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyev deyib.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, azərbaycanlılara qarşı zaman-zaman soyqırımılar törədilib və bu cinayətlər Azərbaycanda multikultural dəyərlərlə yaşayan, müsəlman dininə məxsus digər azsaylı xalqlardan da yan keçməyib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında azərbaycanlıların soyqırımlarına ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirib.
İcma sədri xatırladıb ki, məhz Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Sədr vurğulayıb ki, əslində bütün Cənubi Qafqazda, eləcə də Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib.
İcma sədri tədbir iştirakçılarına Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı ilə də məlumat verib.