Icma.az
close
up
RU
“ADU yüksək təşkilatçılığı ilə seçilən tədbir keçirməklə ortaya bir nümunə qoydu” Təmraz Tağıyev

“ADU yüksək təşkilatçılığı ilə seçilən tədbir keçirməklə ortaya bir nümunə qoydu” Təmraz Tağıyev

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Dünən Azərbaycan Dillər Universitetində  “Qafqazda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyalar”  mövzusunda təşkil edilən geniş məzmunlu  mötəbər tədbirə biz də dəvətli idik”.

Gununsesi.info  xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcması Nərimanov təşkilatının sədri Təmraz Tağıyev deyib.

Tədbiri giriş sözü ilə açan Universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, azərbaycanlılara qarşı zaman-zaman soyqırımılar törədilib və bu cinayətlər Azərbaycanda multikultural dəyərlərlə yaşayan, müsəlman dininə məxsus digər azsaylı xalqlardan da yan keçməyib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında azərbaycanlıların soyqırımlarına ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirib. İcma sədri xatırladıb ki, məhz Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.  Sədr vurğulayıb ki, əslində bütün Cənubi Qafqazda, eləcə də Qərbi Azərbaycan ərazisində soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. İcma sədri tədbir iştirakçılarına Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı ilə də məlumat verib.

Sonra ADPU-nun prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova, Qərbi Azərbaycanın Amasiya rayon İcmasının sədri akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, ADU-nin təhsildə xarici dillər kafedrasının müdiri, QAİ Qadınlar Şurasının üzvü, dosent Həqiqət Hacıyeva, Almaniyada yaşayan yazar Dr.Orhan Aras və başqaları mövzu ilə bağlı çıxış ediblər.

Rayon təşkilatının sədri olaraq belə bir tədbirdə iştirakdan məmnun qaldığını bildirən Təmraz Tağıyev qeyd edib ki, bu gün böyüməkdə olan gənc nəslə lazım olan dəyərli fikirlərin  dəyərli ziyalılar tərəfindən səsləndirilməsi tədbirin əhəmiyyətini və çəkisini bir qədərdə artırmış oldu.

Belə geniş məzmunlu görüşlərin təşkili bütün hallarda ölkə prezidentinin söylədyi  “Qərbi Azərbaycanlıların gec-tez öz doğma yurdlarına qayıdacaqlar” fikrinin tezliklə reallaşacağından xəbər verir. Bu tədbirin keçirilməsində də əsas məqsəd Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın ata-baba yurdlarına geri qayıdışına nail olunması istiqamətində elmi, tarixi, həqiqi faktlara söykənən mübarizəyə dəstək olmaqdır.

Təmraz Tağıyev yekun olaraq bildirib ki, Azərbaycan Dillər Universiteti  yüksək təşkilatçılığı ilə seçilən bu tədbiri keçirməklə ortaya bir nümunə qoya bildi.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Aprel 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri