ADUda Beynəlxalq Elm və Təhsil Laboratoriyası açılıb | Icma.az
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq. ADU-nun Pedaqogika kafedrasının nəzdində Beynəlxalq Açıq Elm və Təhsil Laboratoriyası a
Newscenter.az xəbər verir ki, "ИнклюзиОN лаб" Rusiya Federasiyasının Maarif Nazirliyinin dövlət sifarişi əsasında yaradılmışdır.
"Azərbaycan və Rusiyanın təhsil məkanında gələcək müəllimlərdə inklüziv mədəniyyətin formalaşmasının pedaqoji strategiyaları" adlı elmi-tədqiqat layihəsi çərçivəsində geniş elmi-tədqiqat fəaliyyəti həyata keçirilmiş, 600-ə yaxın tələbənin iştirakına şərait yaradılmış, beynəlxalq nüfuzlu jurnallarda elmi məqalələr dərc olunmuş, monoqrafiya, metodik tövsiyələr çap edilmiş, tələbələrimiz üçün Rusiya Federasiyası Çeçenistan Pedaqoji Universitetində "Xüsusi uşaqlıq, çağırışlar və perspektivlər" adlı tələbə konfransı keçirilmişdir.
Tələbələrimizin Çeçenistana səfəri zamanı çoxsaylı tədbirlər reallaşdırılmış, o cümlədən, dəyirmi masa, sərgi, müsabiqə, təlimlər təşkil edilmiş, layihə çərçivəsində Çeçenistanın əksər reabilitasiya mərkəzləri ilə tanışlıq olmuşdur.
ÇDPU-nun professor-müəllim heyəti Azərbaycana səfər etmiş, təcrübə mübadiləsi aparılmış, təlimlər keçirilmişdir.
Habelə online və offline görüşlər, müzakirələr təşkil olunmuşdur.
Layihə çərçivəsində ADU-da açılmış laboratoriya müasir avadanlıqlarla təchiz edilmişdir.Açılışda ADU-nun rektoru akademik K.Abdullayev çıxış etmiş, qonaqları salamlamışdır.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri, Rus Evinin rəhbəri, Azərbaycandakı Rus İcmasının nümayəndələri iştirak etmişdir.
Tam oxu
Xəbəri oxu