Icma.az
close
up
RU
ADUda Beynəlxalq Elm və Təhsil Laboratoriyası açılıb

ADUda Beynəlxalq Elm və Təhsil Laboratoriyası açılıb

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


ADU-nun Pedaqogika kafedrasının nəzdində Beynəlxalq Açıq Elm və Təhsil Laboratoriyası açılmışdır.
Newscenter.az xəbər verir ki, "ИнклюзиОN лаб" Rusiya Federasiyasının Maarif Nazirliyinin dövlət sifarişi əsasında yaradılmışdır. "Azərbaycan və Rusiyanın təhsil məkanında gələcək müəllimlərdə inklüziv mədəniyyətin formalaşmasının pedaqoji strategiyaları" adlı elmi-tədqiqat layihəsi çərçivəsində geniş elmi-tədqiqat fəaliyyəti həyata keçirilmiş, 600-ə yaxın tələbənin iştirakına şərait yaradılmış, beynəlxalq nüfuzlu jurnallarda elmi məqalələr dərc olunmuş, monoqrafiya, metodik tövsiyələr çap edilmiş, tələbələrimiz üçün Rusiya Federasiyası Çeçenistan Pedaqoji Universitetində "Xüsusi uşaqlıq, çağırışlar və perspektivlər" adlı tələbə konfransı keçirilmişdir.

Tələbələrimizin Çeçenistana səfəri zamanı çoxsaylı tədbirlər reallaşdırılmış, o cümlədən, dəyirmi masa, sərgi, müsabiqə, təlimlər təşkil edilmiş, layihə çərçivəsində Çeçenistanın əksər reabilitasiya mərkəzləri ilə tanışlıq olmuşdur. ÇDPU-nun professor-müəllim heyəti Azərbaycana səfər etmiş, təcrübə mübadiləsi aparılmış, təlimlər keçirilmişdir. Habelə online və offline görüşlər, müzakirələr təşkil olunmuşdur. Layihə çərçivəsində ADU-da açılmış laboratoriya müasir avadanlıqlarla təchiz edilmişdir.


Açılışda ADU-nun rektoru akademik K.Abdullayev çıxış etmiş, qonaqları salamlamışdır. Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri, Rus Evinin rəhbəri, Azərbaycandakı Rus İcmasının nümayəndələri iştirak etmişdir. ADU-nun Pedaqogika kafedrasının müdiri dos.N.Zeynalova qonaqları ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin, Rusiya Federasiyasının Maarif Nazirliyinin ilə yaradılmış Açıq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış etmiş, laboratoriyada yerləşdirilən və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, korreksiyası məqsədilə istifadə olunan avadanlıqlar - Səs qoyuluşu və artikulyasiya gimnastikası üçün loqopedik trenajor, Eşitmə məhdudiyyətli şəxslər üçün xüsusi qurğu, Görmə məhdudiyyətli şəxslər üçün mətni skan edən və oxuyan qurğu haqqında ətraflı məlumat vermişdir.

Vurğulamışdır ki, həmin resurslar həm təlim prosesində, həm də xüsusi təlim ehtiyacları olan tələbələrin korreksiyasında, cəmiyyətə inteqrasiyası istiqamətində istifadə ediləcəkdir.


Anar Əliyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri