ADY 7 ayda sərnişin daşımasını 17 % artırıb

07.08.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-iyul aylarında 6,4 milyondan çox sərnişin daşıyıb.

Bakıvaxtı.az bu barədə ADY-yə istinadən xəbər verir.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (+16 %), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (+18 %) səfər edib.

Bu ilin iyul ayında isə ümumilikdə 951 mindən çox sərnişin daşınıb ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 15 % artım qeydə alınıb.

Ötən ay Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12 % artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5 % artaraq 57 840 nəfərə çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью