ADY 7 ayda sərnişin daşımasını 17 % artırıb
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-iyul aylarında 6,4 milyondan çox sərnişin daşıyıb.
Bakıvaxtı.az bu barədə ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17 % çoxdur.
Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6 milyondan çox (+16 %), rayonlararası marşrutlarla isə 347 minə yaxın sərnişin (+18 %) səfər edib.
Bu ilin iyul ayında isə ümumilikdə 951 mindən çox sərnişin daşınıb ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 15 % artım qeydə alınıb.
Ötən ay Abşeron dairəvi xətti ilə sərnişindaşıma göstəricisi 12 % artaraq 876 min, rayonlararası marşrutlarla isə 24,5 % artaraq 57 840 nəfərə çatıb.
Bu mövzuda digər xəbərlər:ADY sərnişin daşınmasını 21 % artırıb
18 May 2026 12:12
ADY 5 ayda sərnişin daşınmasını 16 faiz artırıb
05 İyun 2026 18:29
ADY yarımildə sərnişin daşınmasını 18 % artırıb
08 İyul 2026 09:50
AZAL sərnişin daşınmasını 7 % artırıb
03 Aprel 2025 11:43
ADY bu il sərnişin daşımalarını 20% artırıb
07 Oktyabr 2025 10:28
Baxış sayı:72
Bu xəbər 07 Avqust 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















