ADY də dəyişiklik: Rövşən Rüstəmov departament müdirini vəzifədən kənarlaşdırdı Növbədə ki…
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova vəzifəsindən rəsmən azad edilib.
Mia.az-ın əldə etdiyi məlumata gərə, ADY rəhbəri Rövşən Rüstəmov onu ötən ayın əvvəlində vəzifədən kənarlaşdırmağa çalışsa da, departament rəhbəri məzuniyyət götürdüyündən, bu, mümkün olmayıb.
Mənbə bildirir ki, məzuniyyət müddəti bu günlərdə bitib və dünən Aybəniz İsmayılova qurumdakı vəzifəsindən rəsmən kənarlaşdırılıb.
Xəbərdə o da deyilir ki, R.Rüstəmov ADY-də ona yaxın daha bir neçə nəfəri də azad etməyə hazırlaşır.
Onu da qeyd edək ki, A.İsmayılovanın vəzifədən rəsmən uzaqlaşdırılması barədə ilk xəbəri azadmedia.az yazıb.
Yeri gəlmişkən, ADY-də baş verənlərlə bağlı xeyli müddətdir saytlar yazır.
Mia.az həmin saytlara istinadla bir neçə gün əvvəl baş verənləri tirajlamışdı: ( https://www.mia.az/w1078533/rovsen-rustemovnbspxanim-pr-menecere-niye-quotyoxquot-deyib-quotport-bakuquotdan-baslayan-problem-boyuyur-2025-02-03-171418) Həmin yazının açıq mətni ilə buradan da tanış ola bilərsiniz: *** Məşhur PR menecer Ayan Nəcəf “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə namizədliyini irəli sürüb.
Tam oxu
Xəbəri oxu