Icma.az
close
up
RU
ADY də dəyişiklik: Rövşən Rüstəmov departament müdirini vəzifədən kənarlaşdırdı Növbədə kimdir?

ADY də dəyişiklik: Rövşən Rüstəmov departament müdirini vəzifədən kənarlaşdırdı Növbədə kimdir?

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova vəzifəsindən rəsmən azad edilib.

Mia.az-ın əldə etdiyi məlumata gərə, ADY rəhbəri Rövşən Rüstəmov onu ötən ayın əvvəlində vəzifədən kənarlaşdırmağa çalışsa da, departament rəhbəri məzuniyyət götürdüyündən, bu, mümkün olmayıb.

Mənbə bildirir ki, məzuniyyət müddəti bu günlərdə bitib və dünən Aybəniz İsmayılova qurumdakı vəzifəsindən rəsmən kənarlaşdırılıb.

Xəbərdə o da deyilir ki, R.Rüstəmov ADY-də ona yaxın daha bir neçə nəfəri də azad etməyə hazırlaşır.

Onu da qeyd edək ki, A.İsmayılovanın vəzifədən rəsmən uzaqlaşdırılması barədə ilk xəbəri azadmedia.az yazıb.

Yeri gəlmişkən, ADY-də baş verənlərlə bağlı xeyli müddətdir saytlar yazır.

Mia.az həmin saytlara istinadla bir neçə gün əvvəl baş verənləri tirajlamışdı: ( https://www.mia.az/w1078533/rovsen-rustemovnbspxanim-pr-menecere-niye-quotyoxquot-deyib-quotport-bakuquotdan-baslayan-problem-boyuyur-2025-02-03-171418

Həmin yazının açıq mətni ilə buradan da tanış ola bilərsiniz:

***

Məşhur PR menecer Ayan Nəcəf “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə namizədliyini irəli sürüb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, rəhbərlik ona imtina cavabı verib.

Məsələ ilə bağlı A.Nəcəfdən münasibət öyrənmək cəhdi olsa da, onun telefonuna zəng çatmayıb.

AYAN NƏCƏF

Qeyd edək kiA.Nəcəf 2023-cü ilə qədər Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi, sonra isə Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. Onun ADY-də namizədliyini irəli sürdüyü vəzifəni isə fevralın 3-dək Aybəniz İsmayılova tuturdu.

Bir neçə gün əvvəl isə Aybəniz İsmaylovanın haqqında maraqlı iddialar ortaya çıxıb.

Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, Aybəniz İsmaylova bu yaxınlarda Azərbaycanın tanınmış jurnalistlərini “Port Baku”ya dəvət edərək, onlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) PR işinin qurulmasında trolluq fəaliyyəti təklif edib. 

AYBƏNİZ İSMAYILOVA

İddialara görə, Aybəniz İsmaylova bu xidmətin qarşılığında həmin jurnalistlərə yüksək qonorar veriləcəyini vəd edib. 

O, bu işlərin görülməsi üçün AYNA rəhbərliyinin də razılığını aldığını söyləyib.

Ancaq söhbət zamanı jurnalistlərdən bir neçəsi Aybəniz İsmaylovanın bu təklifinə etiraz edərək, görüşü yarımçıq tərk ediblər.

Demokrat.az-ın etibarlı mənbədən əldə məlumata görə, Aybəniz İsmaylova “Azərbaycan Dəmir Yolları” QSC ilə yanaşı, AYNA və "Bakı Metropoliteni" QSC-nin də PR-la bağlı tenderlərini ələ keçirməyə çalışırmış. 

İddialarla bağlı Aybəniz İsmayılova suallarımızı cavabsız qoyub. 

Xatırladaq ki, bu gün “Pravda.az” saytı Aybəniz İsmaylovanın xidməti vəzifəsini icra edərkən yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə məlumat yayıb.

Məlumata görə, hazırda əmək məzuniyyətində olduğu bildirilən A.İsmayılovanın fevralın 3-də məzuniyyəti bitdikdən sonra işinə xitam veriləcəyi deyilir. 

İddialarda bu da bildirilir ki, departament müdiri “Bakı Metropoliteni” QSC-nin yeni sədrinə iş üçün müraciət etsə də, müsbət cavab ala bilməyib. 

Sayt məsələni aydınlaşdırmaq üçün Aybəniz İsmayılova ilə əlaqə saxlayıb.  

Departament müdiri deyilənlərin iftira olduğunu bildirib:  “Qətiyyən belə bir şey yoxdur. İftiradır. Mən hazırda məzuniyyətdəyəm. Hara lazımdırsa, dəstək verirəm, amma əlavə suallara bu dəqiqə ehtiyac yoxdur”. 

ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev saytımıza açıqlamasında iddiaları təkzib edib:  “Aybəniz xanım hazırda əmək məzuniyyətindədir. Yeyinti və bir qrup işçiyə köçən mükafatı mənimsəmə səbəbindən işdən uzaqlaşdırılması barədə iddianı təkzib edirik. Yeni məlumat olsa, ictimaiyyətə bu barədə məlumat verəcəyik”. 

Onu da qeyd edək ki, Aybəniz İsmayılovanın ADY-nin İnsan resurslar departamentinin rəhbəri Ceyhun Nağıyevin qohumu olduğu bildirilir.

Xatrladaq ki, “Azərbaycan Dəmir Yolları”nın rəhbəri Rövşən Rüstəmovdur...

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Fevral 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri