Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin və yük daşımalarında beynəlxalq təcrübəyə əsaslanan innovativ həllərin tətbiqini davam etdirir.
2023-cü ildə ADY-də yaradılan Tədqiqat və İnkişaf Mərkəzi şirkətdə bu həllərin tətbiqi istiqamətində müvafiq işlər həyata keçirir.
Mərkəzin əsas məqsədi dəmiryol sahəsində innovativ texnologiyaların tətbiqi, normativ bazanın təkmilləşdirilməsi və effektivliyin artırılmasıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə ADY-də tətbiq olunan innovasiyalar sayəsində modernləşən nəqliyyat sektorunda hansı dəyişikliklərin olacağı, eləcə də dəmir yollarının dayanıqlı nəqliyyat növü kimi təkmilləşməsi istiqamətində atılacaq addımlarla bağlı suallarımızı ADY-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri, İnnovativ həllər şöbəsinin müdiri Orxan Əhmədzadə "AZƏRTAC"ın suallarını cavablandırıb.
- Orxan müəllim, bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da innovasiyaların tətbiqi, hərəkət vasitələrinin müasir standartlara əsaslanan monitorinqi və dünya təcrübəsinin yerli şərtlərə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan Dəmir Yolları” regionun flaqman dəmiryol şirkəti kimi, bu istiqamətdə hansı işləri görür və Tədqiqat və İnkişaf Mərkəzinin bu proseslərdəki rolu nədən ibarətdir?
- İlk növbədə qeyd edim ki, Tədqiqat və İnkişaf Mərkəzinin əsas fəaliyyət istiqamətləri innovativ həllərin tətbiqi, normativ-texniki sənədlərin hazırlanması və tətbiqidir.