Icma.az
close
up
RU
ADY innovativ həllərlə əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır FOTO

ADY innovativ həllərlə əməliyyat səmərəliliyini və təhlükəsizliyi artırır FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin və yük daşımalarında beynəlxalq təcrübəyə əsaslanan innovativ həllərin tətbiqini davam etdirir. 2023-cü ildə ADY-də yaradılan Tədqiqat və İnkişaf Mərkəzi şirkətdə bu həllərin tətbiqi istiqamətində müvafiq işlər həyata keçirir. Mərkəzin əsas məqsədi dəmiryol sahəsində innovativ texnologiyaların tətbiqi, normativ bazanın təkmilləşdirilməsi və effektivliyin artırılmasıdır. 

Avtosfer.az xəbər verir ki, bu barədə ADY-də tətbiq olunan innovasiyalar sayəsində modernləşən nəqliyyat sektorunda hansı dəyişikliklərin olacağı, eləcə də dəmir yollarının dayanıqlı nəqliyyat növü kimi təkmilləşməsi istiqamətində atılacaq addımlarla bağlı suallarımızı ADY-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri, İnnovativ həllər şöbəsinin müdiri Orxan Əhmədzadə "AZƏRTAC"ın suallarını cavablandırıb.

- Orxan müəllim, bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da innovasiyaların tətbiqi, hərəkət vasitələrinin müasir standartlara əsaslanan monitorinqi və dünya təcrübəsinin yerli şərtlərə uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. “Azərbaycan Dəmir Yolları” regionun flaqman dəmiryol şirkəti kimi, bu istiqamətdə hansı işləri görür və Tədqiqat və İnkişaf Mərkəzinin bu proseslərdəki rolu nədən ibarətdir?

- İlk növbədə qeyd edim ki, Tədqiqat və İnkişaf Mərkəzinin əsas fəaliyyət istiqamətləri innovativ həllərin tətbiqi, normativ-texniki sənədlərin hazırlanması və tətbiqidir. Mərkəz olaraq ADY-də innovativ texnologiyaların tətbiqi, dəmiryol təhlükəsizliyinin artırılması və davamlı inkişaf strategiyalarının icrası istiqamətində genişmiqyaslı layihələr həyata keçiririk. Bu təşəbbüslər dəmiryol nəqliyyatının daha effektiv, təhlükəsiz və ekoloji cəhətdən davamlı olmasına xidmət edir.

Modernləşmiş dəmir yolları həm yerli, həm də beynəlxalq şirkətlər üçün imkanlar yaratmaqla biznes əlaqələrini gücləndirir. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşməsi bizə ölkəmizin sürətlə ticarət və logistika mərkəzinə çevrildiyi bir vaxtda Çin və Avropanı birləşdirən Orta Dəhliz kimi marşrutlarda önəmli yer tutmağa imkan verir. Onu da qeyd edim ki, mərkəz dəmiryol infrastrukturunun, hərəkət tərkibinin monitorinqi və diaqnostikası üçün sistemlərin hazırlanması, süni intellekt və maşın öyrənməsi əsasında həllərin təhlili və inteqrasiyası, eləcə də beynəlxalq şirkətlərlə tərəfdaşlıq çərçivəsində yeni texnologiyaların qiymətləndirilməsini təmin edir, dəmiryol sistemində istifadə edilən bütün ölçü cihazlarının dəqiqliyini təmin etmək məqsədilə metrologiya və kalibrlənmə işləri aparır.

Tədqiqat və İnkişaf Mərkəzi bir neçə istiqamətdə araşdırmalarını davam etdirir. Bu araşdırmalardan biri yüngül relsli nəqliyyat (LRT - Light Rail Train) növlərini əhatə edir. Burada məqsəd şəhərdaxili və şəhərlərarası daşımalar üçün daha səmərəli, çevik və ekoloji cəhətdən təmiz nəqliyyat sistemlərini araşdırmaqdır. Yüngül relsli nəqliyyat sistemləri metro və avtobus xətləri arasında orta ölçülü sərnişin axınlarını daşımaq üçün nəzərdə tutulub. Dünyada bu sahədə bir çox uğurlu nümunələr var: Almaniyanın “tram-train” sistemləri, Kanadanın LRT layihələri və Çinin sürətli tramvay şəbəkələri. Yüngül relsli sistemlərin tətbiqi üçün texniki şərtlər və alternativ enerji mənbələrindən istifadə edən LRT sistemləri (elektrik, hidrogen və batareya texnologiyaları) istiqamətlərində apardığımız tədqiqatlar nəticəsində əldə edilən məlumatlar yüngül relsli nəqliyyat sistemlərinin Azərbaycan şəhərlərində tətbiqi imkanlarını dəyərləndirmək və gələcəkdə layihələrin hazırlanmasına əsas yaratmaq məqsədini daşıyır.

Digər araşdırmamız isə hidrogen lokomotivləri ilə bağlıdır. Qeyd edim ki, dekarbonizasiya strategiyasına uyğun olaraq, hidrogen texnologiyaları dəmiryol nəqliyyatında getdikcə daha çox populyarlaşır. Bir çox Avropa ölkələri və Yaponiya hidrogen lokomotivlərinə keçidi aktiv şəkildə araşdırır və tətbiq edir. Hidrogen lokomotivləri ənənəvi dizel lokomotivləri ilə müqayisədə daha ekoloji təmiz və səmərəlidir.

Bu sahədə araşdırmalarımız hidrogen lokomotivlərinin dünyada tətbiqi və bu sahədəki beynəlxalq təcrübənin öyrənilməsi (“Siemens”, “Alstom” və PESA şirkətlərinin hidrogen lokomotiv modelləri və pilot layihələri), hidrogen istehsalı, saxlanması və yanacaqdoldurma infrastrukturu üzrə tələb olunan ilkin texniki şərtlər, dəmiryol şəbəkəsində hidrogen lokomotivlərinin tətbiqi üçün mümkün ssenarilər və hidrogenin səmərəli istifadə imkanlarını əhatə edir. Hidrogen lokomotivləri xüsusilə elektrikləşdirilməmiş dəmiryol xətləri üçün əlverişli həll ola bilər. Bu lokomotivlərin tətbiqi nəticəsində həm emissiyaların azaldılması, həm də enerjidən daha səmərəli istifadə mümkündür. Bundan əlavə, hidrogen lokomotivlərinin Azərbaycanın dəmiryol ekosistemində sınaqdan keçirilməsi və bu texnologiyanın tətbiq oluna biləcəyi marşrutların müəyyənləşdirilməsi də araşdırmalarımızın bir hissəsidir.

Daha bir tədqiqat mövzusu isə rabitə və işarəvermə sistemlərinə dair beynəlxalq təcrübələrin araşdırılması ilə bağlıdır. Məlum olduğu kimi, müasir dəmiryol sistemlərinin təhlükəsizliyi və effektivliyi işarəvermə və rabitə sistemlərinin inkişafı ilə birbaşa əlaqəlidir. Bu sahədə apardığımız tədqiqatların əsas məqsədi dəmiryol rabitəsinin və avtomatik idarəetmə sistemlərinin optimallaşdırılması, süni intellekt və maşın öyrənməsindən istifadə edərək təhlükəsizliyin artırılmasıdır.

Araşdırmalar çərçivəsində ən müasir avtomatlaşdırılmış işarəvermə və idarəetmə sistemləri, dəmiryol rabitə texnologiyalarının modernləşdirilməsi və LTE-R/5G (LTE-R (Long-Term Evolution for Railways) və 5G-R (5G for Railways) yeni nəsil mobil rabitə texnologiyalarıdır və xüsusi olaraq dəmir yolu nəqliyyatı üçün hazırlanır; bu texnologiyalar qatarların idarə olunması, təhlükəsizlik sistemləri və sərnişinlər üçün daha keyfiyyətli xidmətlərin göstərilməsi üçün əhəmiyyətli imkanlar yaradır və daha yüksək məlumat ötürmə sürətinə malikdir) əsaslı həllərin tətbiqi; beynəlxalq dəmiryol operatorlarının təcrübəsinin öyrənilməsi və Azərbaycanın dəmiryol sisteminə adaptasiyası kimi istiqamətlərə fokuslanırıq.

Həmçinin Mərkəz dəmiryol sahəsində normativ-texniki sənədlərin hazırlanması, yenilənməsi və tətbiqinə cavabdehdir. Belə ki, infrastrukturun təhlükəsizliyi, davamlılığı və enerji səmərəliliyi ilə bağlı standartların hazırlanması ilə yanaşı, yanacaq və elektrik enerjisi sərfiyyatına dair normaların müəyyən edilməsi və tətbiqi istiqamətində də işlər həyata keçirilir.

- Süni intellektin tətbiqi ilə bağlı bir sıra məqamlara toxundunuz. Bu istiqamətdə hansı layihələr icra edilir?

- Hazırda mərkəz bir neçə strateji əhəmiyyətli layihə üzərində işləyir. Bu layihələr dəmir yollarında təhlükəsizlik, effektivlik və davamlı inkişafı təmin etməyə yönəlib. Layihələrin icrasında süni intellektə əsaslanan həllərin istifadəsinə üstünlük verilir. Bunlardan biri də “Obstacle Detection”, yəni “Maneələrin aşkarlanması” layihəsidir. Layihə süni intellekt və sensor texnologiyalarından istifadə edərək dəmiryol xəttində maneələri avtomatik aşkarlayan sistemin yaradılmasını nəzərdə tutur. Bu unikal sistem yol boyu real vaxt rejimində monitorinq apararaq insan, heyvan və avtomobillərlə toqquşmaların qarşısını almaq, kamera və sensorlardan daxil olan məlumatları süni intellekt vasitəsilə təhlil etmək, həmçinin qatar hərəkətinin idarəetmə sistemləri ilə inteqrasiyanı təmin etmək üçün hesablanıb.

Eyni zamanda, dəmir yolunda infrastrukturun və hərəkətin təhlükəsizliyini fasiləsiz təmin etmək məqsədilə “Distributed Acoustic Sensing”, yəni “Paylanmış akustik zondlama sistemi”nin tətbiqinə dair araşdırmalar aparılır. Bu sistem dəmiryol infrastrukturunun vəziyyətini monitorinq etmək üçün fiber-optik kabelləri sensor kimi istifadə etməyə imkan verir. Sistem insanların və heyvanların dəmiryol xəttinə daxil olmasını, yerləşdirilmiş yad cisimlərin müəyyən edilməsini və vandalizm aktlarının aşkarlanmasını təmin edir.

- Qeyd etdiniz ki, Tədqiqat və İnkişaf Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də texniki normalarla bağlı sənədlərin hazırlanmasıdır. Bu sənədlər ADY-nin təhlükəsiz daşımaları təmin etməsinə necə töhfə verəcək?

- Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. Sözügedən sərəncamdan irəli gələn məsələlərdən biri də ADY-də texniki təhlükəsizliyin təmin edilməsi istiqamətində iki əsas reqlamentin hazırlanmasıdır. Bunlardan birincisi dəmiryol infrastrukturunun təhlükəsizliyi üzrə texniki reqlamentdir. Bu sənəd dəmiryol obyektlərinin istismarı və saxlanması üzrə tələbləri müəyyən edir. Digər sənəd isə hərəkət tərkibinin təhlükəsizliyi üzrə texniki reqlamentdir. Sənəd lokomotiv və vaqonların istismarı, diaqnostikası və texniki xidməti üzrə standartları əhatə edir.

Bundan başqa, 2025-ci il üçün İcra Proqramında “Əməliyyat səmərəliliyi” proqramı çərçivəsində ADY-nin texniki siyasət sənədinin hazırlanması üzərində işlərə başlanılıb. Bu sənəd şirkətdə texniki inkişafın əsas istiqamətlərini müəyyən edəcək və şirkətin strateji hədəflərinə uyğun olaraq texniki standartların formalaşdırılmasını təmin edəcək. Həmçinin dəmiryol sisteminin təhlükəsiz, dayanıqlı inkişafına və müasir texnologiyalara əsaslanmasına xidmət edəcək, manevr, magistral yük və sərnişin qatarları üçün yanacaq və elektrik enerjisi sərfiyyatına dair normaların müəyyən edilməsi və tətbiqini optimallaşdıracaq.

- Təhlükəsiz səyahət həm də ekoloji təmiz səyahət deməkdir. Sirr deyil ki, inkişaf etmiş, uğur qazanmış şirkətlər karbon emissiyalarının azaldılması istiqamətində addımlar atır. Ölkənin aparıcı nəqliyyat qurumlarından olan ADY-nin dekarbonizasiya prosesindəki rolu və gördüyü işlər nədən ibarətdir?

- ADY dekarbonizasiya strategiyası və ekoloji təmiz texnologiyalara investisiyaya, bərpaolunan enerji mənbələrinin istifadəsinə və enerji səmərəli infrastrukturun modernləşdirilməsinə yönəlmiş fəaliyyət planı hazırlayır. Bu çərçivədə dekarbonizasiya ilə bağlı üzərində işlədiyimiz layihəni vurğulamaq istərdim. Layihə dəmiryol nəqliyyatında karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrinin istifadəsini əsas götürməklə stansiyalarda günəş panellərinin quraşdırılmasını, infrastruktur və hərəkət tərkibinin enerji səmərəliliyinin artırılmasını hədəfləyir. Həmçinin, ADY olaraq resurslardan səmərəli istifadə etmək məqsədilə bərpa olunan enerji üçün torpaq qiymətləndirilməsinini həyata keçririk. Günəş və külək elektrik stansiyalarının quraşdırılması üçün torpaqların potensialının qiymətləndirilməsi, monitorinqi və istifadəsinin təşkil olunması qurum olaraq bərpa olunan enerjidən istifadəni prioritetləşdirdiyimizi göstərir. Dekarbonizasiya hədəflərimizə çatmaq üçün beynəlxalq tərəfdaşlarla da sıx təmasdayıq. Bu baxımdan Asiya İnkişaf Bankının (AİB) dəstəyini xüsusilə qeyd etmək istərdim.

Ötən il “Azərbaycan Dəmir Yolları” QSC və Asiya İnkişaf Bankı arasında dekarbonizasiya üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum çərçivəsində dəmir yollarında dekarbonizasiya prosesinin həyata keçirilməsi üçün AİB texniki yardım göstərəcək. Bu da öz növbəsində, dayanıqlılıqla bağlı təşəbbüslərimizə beynəlxalq dəstəyin sübutudur. Onu da qeyd edim ki, qlobal emissiyada payı 0,1 faiz ətrafında olan Azərbaycanda ADY-nin məsul olduğu həcm illik 200 min tondan azdır. Sərnişin qatarı hər kilometrə 14 qram karbon buraxdığı halda, digər nəqliyyat növləri bundan 10-20 dəfə çox karbon qazı emissiya edir.

Maliyyələşmədən söz düşmüşkən, daha bir vacib məqama toxunmaq istərdim. Karbon kreditlərinin satışı və bu yolla yaşıl layihələrin maliyyələşdirilməsi və dayanıqlı dəmiryol nəqliyyatı üçün beynəlxalq investisiya mənbələrinin cəlb edilməsi müstəsna əhəmiyyət daşıyır. Karbon krediti karbon emissiyalarına tətbiq olunan kvotadır. 1 karbon krediti 1 ton karbon qazına bərabərdir. Karbon kreditləri müəssisələrin və təşkilatların atmosferə buraxdıqları karbonun miqdarını azaltmaq və əvəzində maliyyə qazancı əldə etmək üçün alına bilən təbii resurslardır.

Azərbaycan Dəmir Yollarında karbon kreditlərinin monetizasiyası və yaşıl maliyyələşmə məsələsi əhəmiyyətli ekoloji və iqtisadi addımlar atmaq üçün vacibdir. Bu yanaşma həm ətraf mühitin qorunmasına, həm də maliyyə baxımından davamlı layihələrin inkişafına imkan yaradır. Dəmir yollarında enerji səmərəliliyini artırmaq, elektrik qatarlarının istifadəsini genişləndirmək, günəş və külək enerjisindən istifadə edərək karbon emissiyalarını azaltmaq mümkündür.

- Əməliyyatlarda tətbiq edilən innovasiyalar şirkət daxilində də tətbiq edilirmi? Ümumiyyətlə, iş səmərəliliyinin ölçülməsi və təhlil edilməsi istiqamətində hansı işlər görülür?

ADY-də innovativ texnologiyaların tətbiqi təkcə əməliyyat proseslərinin təkmilləşdirilməsi ilə məhdudlaşmır, eyni zamanda, iş səmərəliliyinin ölçülməsi və təhlili üçün yeni yanaşmaların tətbiqini də nəzərdə tutur. Bu məqsədlə ADY İcra Proqramına əsasən, əsas səmərəlilik göstəricilərinin optimal şəkildə hazırlanması üçün fəaliyyət göstəricilərinin effektiv idarə olunmasına yönəlmiş “Opex” metodologiyası layihəsi həyata keçirilir. Əsas məqsədimiz layihə vasitəsilə cari biznes proseslərinin təhlilini aparmaq, hər departament üçün effektivlik ölçülərini müəyyən etməkdir. Bura əsas fəaliyyət göstəriciləri ilə bağlı məlumatların toplanması və analizi üçün mexanizmlərin qurulması, eləcə də avtomatik hesabatların və analitik məlumatların real vaxt rejimində formalaşdırılması da daxildir. Bu yanaşma infrastrukturun və hərəkət tərkibinin texniki hazırlıq səviyyəsinin daim izlənilməsini və təhlilini təmin etməklə yanaşı, modernləşdirmə işlərinin effektivliyini qiymətləndirməyə imkan yaradır.

Bütün bu təşəbbüslər, görülən işlər ADY-də innovativ texnologiyaların tətbiqinə, normativ bazanın təkmilləşdirilməsinə, bununla da dəmiryol nəqliyyatının daha effektiv, təhlükəsiz və ekoloji cəhətdən davamlı olmasına xidmət edir.

- Maraqlı müsahibə üçün minnətdarıq. Fəaliyyətinizdə uğurlar arzulayırıq.

- Sağ olun.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://avtosfer.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see260

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see226

Filippində YANĞIN 8 ölü

27 Fevral 2025 16:40see193

Qızları ən gözəl, oğlanları isə yaraşıqlı olan yeganə BÜRC

28 Fevral 2025 01:00see183

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see162

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see135

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see128

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see127

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see125

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see123

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see121

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see121

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see120

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see120

Rusiya ABŞ görüşü başa çatdı: Danışıqlar 6 saatdan çox davam edib

27 Fevral 2025 18:22see115

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see115

Rusiya Ukrayna hərbi aerodromlarının infrastrukturuna zərbələr endirdi

27 Fevral 2025 16:47see114

Deputat: Qərbi Azərbaycan həqiqətlərini əks etdirən materiallar dərsliklərə daxil edilməlidir

27 Fevral 2025 17:20see113

“TikTok”un yeni trendi Dubay Şokoladını unutdurur: Mələk saçı şokoladları

27 Fevral 2025 08:32see112

İspaniya Kuboku: Real Madrid səfərdən qələbə ilə qayıdır

27 Fevral 2025 02:33see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri