ADY sədri COP29 çərçivəsində panel müzakirələrində iştirak edib Xəbər saytı Son xəbərlər v…
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkilatçılığı ilə "Dəmiryol əməliyyatlarının sürətləndirilməsi üçün etibarlı həllər" mövzusunda keçirilən tədbirdə iştirak edib.
BAKU.WS xəbər verir ki, tədbirdə əsas müzakirə istiqamətləri dəmiryol nəqliyyatının karbon emissiyasının azaldılması və şəhər mobilliyinə töhfəsi, dəmiryol infrastrukturunun daha da inkişaf etdirilməsinin vacibliyi olub.
Panel müzakirələrində çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmiryol sahəsində iri infrastruktur layihələri əsasən dövlət vəsaiti hesabına həyata keçirilir.
Belə layihələr "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də öz əksini tapıb.
Bununla yanaşı, dəmiryol infrastrukturunun inkişafı məqsədilə beynəlxalq maliyyə institutlarından kreditlər cəlb edilir.
Bunun üçün şirkətin maliyyə dayanıqlılığı, şəffaf fəaliyyəti, hesabatlığının olması və dövlət zəmanəti zəruridir.
Rövşən Rüstəmov qeyd edib ki, ADY Dünya Bankı və Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq edir.
Tam oxu
Xəbəri oxu