Icma.az
close
up
RU
ADY sədri COP29 çərçivəsində panel müzakirələrində iştirak edib Xəbər saytı Son xəbərlər və Hadisələr

ADY sədri COP29 çərçivəsində panel müzakirələrində iştirak edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Dünya Bankının təşkilatçılığı ilə "Dəmiryol əməliyyatlarının sürətləndirilməsi üçün etibarlı həllər" mövzusunda keçirilən tədbirdə iştirak edib.

BAKU.WS xəbər verir ki, tədbirdə əsas müzakirə istiqamətləri dəmiryol nəqliyyatının karbon emissiyasının azaldılması və şəhər mobilliyinə töhfəsi, dəmiryol infrastrukturunun daha da inkişaf etdirilməsinin vacibliyi olub.

Panel müzakirələrində çıxış edən ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmiryol sahəsində iri infrastruktur layihələri əsasən dövlət vəsaiti hesabına həyata keçirilir. Belə layihələr "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də öz əksini tapıb. Bununla yanaşı, dəmiryol infrastrukturunun inkişafı məqsədilə beynəlxalq maliyyə institutlarından kreditlər cəlb edilir. Bunun üçün şirkətin maliyyə dayanıqlılığı, şəffaf fəaliyyəti, hesabatlığının olması və dövlət zəmanəti zəruridir.

Rövşən Rüstəmov qeyd edib ki, ADY Dünya Bankı və Asiya İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq edir. Son illərdə Azərbaycan Dəmir Yollarında aparılmış struktur islahatları, iri kapital qoyuluşlu layihələrin həyata keçirilməsi üçün icra və monitorinq mexanizmlərinin mövcudluğu, eləcə də beynəlxalq konsaltinq şirkətlərinin müsbət rəyi beynəlxalq maliyyə qurumlarının ADY ilə əməkdaşlığa maraq göstərməsinə zəmin yaradıb.

Tədbirdə çıxış edən Braziliya Nəqliyyat Nazirliyinin dayanıqlılıq üzrə katibi Kloves Benevides, Beynəlxalq Dəmir Yolları İttifaqının dayanıqlılıq üzrə direktoru Lusi Anderton və Dünya Bankının nəqliyyat sahəsi üzrə qlobal direktoru Nikolas Peltier bildiriblər ki, dəmiryol infrastrukturunun inkişafı üçün davamlı olaraq investisiya cəlb olunmalıdır, xüsusilə iqlim maliyyələşməsi kimi aktual məsələlərdə dəmiryol sahəsi kənarda qalmamalıdır. Qeyd edilib ki, dəmiryol sektorunun ətraf mühitə mənfi təsirlərin azaldılmasına töhfəsini genişləndirmək üçün daha çox innovativ həllər tətbiq olunmalıdır.

Sonda Dünya Bankı və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyin (MIGA) hesabatları təqdim olunub. Hesabatlarda dəmir yollarına iqlim maliyyələşməsinin vacibliyi və tərəfdaş ölkələrdə bu kimi layihələrin müsbət nəticələri öz əksini tapıb.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri