AFFA Yusif İmanovu haqlı çıxardı, “Sabah” coşdu “Komitə təhlükəli presedent yaradır” | Icm…
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir. “Sabah”la sabiq qapıçısı Yusif İmanov arasında yaşanan münaqişədən xəbərdarsız.
“Football-plus.az” dəfələrlə bu mövzuya yoxunub. İş ondadı ki, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi bu mövzuda yekun qərar ver
Xatırladaq ki, “Sabah”da yetərincə oynamaq şansı qazanmayan qapıçı klubla müqaviləsini birtərəfli qaydada pozmuşdu.
Daha sonra hər iki tərəf bir-birinə qarşı 53 min manatlıq iddia qaldırmışdı.AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi bu məsələdə futbolçunun xeyrinə qərar çıxarıb.
Amma “Sabah” ona 53 min manat yox, 10 min manat ödəyəcək.“Sabah” bu gün rəsmi saytı vasitəsi ilə AFFA-nın qərarına etiraz edib: “Bu gün “Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olmuşdur.
Həmin qərara əsasən, klubun sabiq futbolçusu Yusif İmanovun tələbləri qismən təmin edilmiş, klubun qarşı tələbləri isə təmin olunmamışdır.
Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlmişdir.
Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir.
Tam oxu
Xəbəri oxu