AFFA Yusif İmanovu haqlı çıxardı, “Sabah” coşdu “Komitə təhlükəli presedent yaradır”
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
“Sabah”la sabiq qapıçısı Yusif İmanov arasında yaşanan münaqişədən xəbərdarsız. “Football-plus.az” dəfələrlə bu mövzuya yoxunub. İş ondadı ki, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi bu mövzuda yekun qərar verib. Xatırladaq ki, “Sabah”da yetərincə oynamaq şansı qazanmayan qapıçı klubla müqaviləsini birtərəfli qaydada pozmuşdu. Daha sonra hər iki tərəf bir-birinə qarşı 53 min manatlıq iddia qaldırmışdı.
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi bu məsələdə futbolçunun xeyrinə qərar çıxarıb. Amma “Sabah” ona 53 min manat yox, 10 min manat ödəyəcək.
“Sabah” bu gün rəsmi saytı vasitəsi ilə AFFA-nın qərarına etiraz edib: “Bu gün “Sabah” FK AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin qərarı ilə tanış olmuşdur. Həmin qərara əsasən, klubun sabiq futbolçusu Yusif İmanovun tələbləri qismən təmin edilmiş, klubun qarşı tələbləri isə təmin olunmamışdır.
Klub hesab edir ki, Komitə bu qərarda bir sıra qanunsuz və heç bir əsası olmayan nəticələrə gəlmişdir.
Birincisi, reqlamentin iş üzrə tərəfin Komitəyə ərizə təqdim etməzdən əvvəl digər tərəfə rəsmi qaydada xəbərdarlıq göndərmək və tələblərin icrası üçün müddət vermək öhdəliyi barədə tələbi formal prosedur deyil, hüquqi baxımdan vacib və məcburi tələbdir. Bu tələbin yerinə yetirilməməsi futbolçunun iddiasının icraata qəbul edilməsini istisna etməlidir. Lakin Komitənin bu norma ilə bağlı şərhi həmin normanı öz mənasından tamamilə məhrum etmişdir.
İkincisi, Komitə futbolçu ilə klub arasında bağlanmış müqavilədə qeyd edilən, futbolçunun yalnız əsas komandada deyil, hər hansı komandada (həm birinci, həm də ikinci komandada) çıxış edə bilməsini nəzərdə tutan əsas müddəasını düzgün şəkildə dəyərləndirməmişdir.
Futbolçunun əvəzedici komandaya göndərilməsi müqavilə ilə tənzimlənirsə, əsas və ikinci komandada hansı oyunçuların çıxış edəcəyinə dair yeganə qərar vermək səlahiyyəti kluba və onun məşqçi heyətinə məxsusdur. Bu məsələdə məşqçi heyətinin səlahiyyəti məhdudlaşdırıla bilməz. Beləliklə, futbolçunun əsas komandadan uzaqlaşdırılmasının qeyri-qanuni olması barədə arqument hüquqi baxımdan qəbul edilə bilməz.
Bununla belə, Komitə heç bir hüquqi əsas olmadan futbolçunun hansı komandada çıxış etməli olduğuna məşqçi heyətinin deyil, Komitənin qərar verə biləcəyi kimi təhlükəli presedent yaradır.
Komitənin qərarı yekun xarakter daşımır və “Sabah” FK bu qanunsuz, əsassız, qeyri-obyektiv və ədalətsiz qərardan şikayət etmək üçün bütün mümkün hüquqi mexanizmlərdən istifadə edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 06 Dekabr 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















