Afrikanın iki iddialı yığması dünya çempionatından kənarda qalıb

17.11.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 noyabr, AZƏRTAC

Afrikanın iki iddialı yığması 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatından kənarda qalıb.

AZƏRTAC xəbər verir ki, Kamerun və Nigeriya milli komandaları DÇ-2026-nın final mərhələsində iştirak etməyəcəklər.

Seçmə mərhələdə öz qruplarını 2-ci sırada tamamlayan kollektivlər pley-offa vəsiqə qazanıblar. Burada isə hər iki komandanın qarşısını Konqo Demokratik Respublikası kəsib. Həmin yığma yarımfinalda Kameruna 1:0, finalda isə Nigeriyaya 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Konqo Demokratik Respublikası millisi final mərhələsinə vəsiqə uğrunda qitələrarası seçmə mərhələdə mübarizə aparacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью