Afrikanın iki iddialı yığması dünya çempionatından kənarda qalıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 17 noyabr, AZƏRTAC
Afrikanın iki iddialı yığması 2026-cı ildə ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatından kənarda qalıb.
AZƏRTAC xəbər verir ki, Kamerun və Nigeriya milli komandaları DÇ-2026-nın final mərhələsində iştirak etməyəcəklər.
Seçmə mərhələdə öz qruplarını 2-ci sırada tamamlayan kollektivlər pley-offa vəsiqə qazanıblar. Burada isə hər iki komandanın qarşısını Konqo Demokratik Respublikası kəsib. Həmin yığma yarımfinalda Kameruna 1:0, finalda isə Nigeriyaya 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Konqo Demokratik Respublikası millisi final mərhələsinə vəsiqə uğrunda qitələrarası seçmə mərhələdə mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:Abubakar dünya çempionatından kənarda qaldı İdmanXəbər
14 Noyabr 2025 15:00
İtaliya millisi dünya çempionatından kənarda qaldı
01 Aprel 2026 01:53
Argentinalı hücumçu dünya çempionatından kənarda qalacaq
27 Mart 2026 13:49
Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)
02 Aprel 2026 22:13
İspaniya yığması dünya çempionatından imtina edə bilər
28 Avqust 2026 13:28
Baxış sayı:83
Bu xəbər 17 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















