Ağ Ev: ABŞ da yeni viza rüsumu mövcud viza sahiblərinə şamil edilməyəcək

21.09.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ-da H-1B vizaları üçün tətbiq olunacaq yeni 100.000 dollarlıq rüsum bazar günü qüvvəyə minir.

APA xəbər verir ki, bu barədə Reuters Ağ Ev-ə istinadən məlumat yayıb.

Məlumata görə, hər bir ərizə (petisiya) üzrə rüsum tutulacaq, lakin bu mövcud viza sahiblərinin ölkəyə yenidən girişində tətbiq olunmayacaq.

"Bu illik rüsum deyil. Bu, yalnız ərizəyə tətbiq olunan birdəfəlik ödənişdir," – Ağ Evin sözçüsü Karolin Leavitt bildirib.

Petisiya – bir şirkətin xaricdən ixtisaslı işçi gətirmək üçün verdiyi rəsmi müraciətdir.

Leavitt bildirib ki, hazırda ölkə xaricində olan H-1B viza sahiblərindən ABŞ-a qayıtmaq üçün 100.000 dollar alınmayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью