Ağ Ev: ABŞ da yeni viza rüsumu mövcud viza sahiblərinə şamil edilməyəcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ-da H-1B vizaları üçün tətbiq olunacaq yeni 100.000 dollarlıq rüsum bazar günü qüvvəyə minir.
APA xəbər verir ki, bu barədə Reuters Ağ Ev-ə istinadən məlumat yayıb.
Məlumata görə, hər bir ərizə (petisiya) üzrə rüsum tutulacaq, lakin bu mövcud viza sahiblərinin ölkəyə yenidən girişində tətbiq olunmayacaq.
"Bu illik rüsum deyil. Bu, yalnız ərizəyə tətbiq olunan birdəfəlik ödənişdir," – Ağ Evin sözçüsü Karolin Leavitt bildirib.
Petisiya – bir şirkətin xaricdən ixtisaslı işçi gətirmək üçün verdiyi rəsmi müraciətdir.
Leavitt bildirib ki, hazırda ölkə xaricində olan H-1B viza sahiblərindən ABŞ-a qayıtmaq üçün 100.000 dollar alınmayacaq.
Bu mövzuda digər xəbərlər:Ağ Evdən yeni viza rüsumu ilə bağlı AÇIQLAMA KONKRET
21 Sentyabr 2025 10:42
Yeni yanaşma mövcud kartlara da şamil edilir?
25 Sentyabr 2026 21:41
ABŞ nin viza qərarı Azərbaycanda bu adamlara şamil ediləcək
15 Yanvar 2026 13:23
ABŞ da mövcud ev satışları proqnozları üstələyib
10 Mart 2026 21:49
Ağ Ev təkzib etdi: Ukraynalıların qaçqın statusu ləğv edilməyəcək
06 Mart 2025 22:41
Baxış sayı:141
Bu xəbər 21 Sentyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















