Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən suın sonunda Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüş iki ölkə arasındakı münasibətlərdə ciddi gərginliyə səbəb oldu.Görüşün əsas məqsədi ABŞ-nin Ukraynaya təhlükəsizlik təminatları müqabilində Ukraynanın təbii sərvətlərinin istismarından əldə edilən gəlirin yarısının Amerikaya verilməsini nəzərdə tutan müqavilənin imzalanması idi.
Lakin görüş zamanı Trampın Zelenskini ictimaiyyət qarşısında sərt tənqid etməsi və onu "Üçüncü Dünya müharibəsi ilə oynamaq"da ittiham etməsi səbəbindən Ukrayna lideri görüşü vaxtından əvvəl tərk etdi və müqavilə imzalanmadı.Bu hadisə ABŞ-Ukrayna münasibətlərində ciddi sarsıntıya səbəb oldu və Tramp administrasiyası Ukraynaya hərbi yardımını dayandırdı.
Bu yardımın dayandırılması, xüsusilə Rusiya raketlərinə qarşı müdafiədə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemləri kimi silahların çatdırılmasının dayandırılması Ukrayna üçün ciddi təhlükə yaradır.
Zelenski görüşdən sonra hadisəni "təəssüf doğuran" adlandıraraq, ABŞ ilə gələcək əməkdaşlığa və effektiv ünsiyyətə sadiq qaldığını bildirdi.
O, Ukraynanın suverenliyinin və müstəqilliyinin qorunmasında ABŞ-nin yardımının vacibliyini vurğuladı və sülh danışıqlarına hazır olduğunu bir daha bəyan etdi.Trampın ABŞ-nin Ukraynaya maliyyə dəstəyini azaltmasının bir neçə əsas səbəbi var.
Əvvəla, Trampın xarici siyasət strategiyası ABŞ-nin daxili maraqlarını prioritet hesab edir.
O, xarici ölkələrə, xüsusilə də Avropaya yönəlik böyük maliyyə xərclərini israfçılıq kimi qiymətləndirir və bu vəsaitin Birləşmiş Ştatların infrastrukturuna, iqtisadiyyatına və sosial proqramlarına sərf olunmasının daha vacib olduğunu düşünür.