Icma.az
close
up
RU
Ağ Evdə gərgin anlar: Ukraynaya yardım dayandırıldı, Avropa yeni strategiya axtarışında

Ağ Evdə gərgin anlar: Ukraynaya yardım dayandırıldı, Avropa yeni strategiya axtarışında

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən suın sonunda Ağ Evdə ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüş iki ölkə arasındakı münasibətlərdə ciddi gərginliyə səbəb oldu.

Görüşün əsas məqsədi ABŞ-nin Ukraynaya təhlükəsizlik təminatları müqabilində Ukraynanın təbii sərvətlərinin istismarından əldə edilən gəlirin yarısının Amerikaya verilməsini nəzərdə tutan müqavilənin imzalanması idi. Lakin görüş zamanı Trampın Zelenskini ictimaiyyət qarşısında sərt tənqid etməsi və onu "Üçüncü Dünya müharibəsi ilə oynamaq"da ittiham etməsi səbəbindən Ukrayna lideri görüşü vaxtından əvvəl tərk etdi və müqavilə imzalanmadı.

Bu hadisə ABŞ-Ukrayna münasibətlərində ciddi sarsıntıya səbəb oldu və Tramp administrasiyası Ukraynaya hərbi yardımını dayandırdı. Bu yardımın dayandırılması, xüsusilə Rusiya raketlərinə qarşı müdafiədə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemləri kimi silahların çatdırılmasının dayandırılması Ukrayna üçün ciddi təhlükə yaradır. Zelenski görüşdən sonra hadisəni "təəssüf doğuran" adlandıraraq, ABŞ ilə gələcək əməkdaşlığa və effektiv ünsiyyətə sadiq qaldığını bildirdi. O, Ukraynanın suverenliyinin və müstəqilliyinin qorunmasında ABŞ-nin yardımının vacibliyini vurğuladı və sülh danışıqlarına hazır olduğunu bir daha bəyan etdi.

Trampın ABŞ-nin Ukraynaya maliyyə dəstəyini azaltmasının bir neçə əsas səbəbi var. Əvvəla, Trampın xarici siyasət strategiyası ABŞ-nin daxili maraqlarını prioritet hesab edir. O, xarici ölkələrə, xüsusilə də Avropaya yönəlik böyük maliyyə xərclərini israfçılıq kimi qiymətləndirir və bu vəsaitin Birləşmiş Ştatların infrastrukturuna, iqtisadiyyatına və sosial proqramlarına sərf olunmasının daha vacib olduğunu düşünür. Tramp hesab edir ki, Ukraynanın müdafiəsi əsasən Avropa ölkələrinin üzərinə düşməlidir. O, xüsusilə NATO-nun Avropalı üzvlərinin daha çox hərbi və maliyyə dəstəyi verməsini tələb edir. Onun fikrincə, ABŞ-nin Ukraynanı təkbaşına maliyyələşdirməsi ədalətsizdir. Bununla yanaşı, Tramp administrasiyası Amerikanın milli borcunun yüksək olması səbəbilə xarici yardımları məhdudlaşdırmağı planlaşdırır. O, Ukraynaya ayrılan milyardlarla dollarlıq hərbi və iqtisadi yardımın ABŞ-nin büdcəsinə əlavə yük olduğunu bildirir.

Trampın siyasəti Rusiya ilə dialoqa və münasibətlərin yumşaldılmasına yönəlib. O, Ukraynaya dəstəyin azalmasının Moskva ilə potensial sülh danışıqlarını asanlaşdıracağını düşünə bilər. Tramp dəfələrlə qeyd edib ki, Ukrayna müharibəsinin tezliklə bitməsi üçün sülh danışıqlarına ehtiyac var. Eyni zamanda, ABŞ-də Respublikaçılar arasında Ukraynaya dəstək məsələsində ciddi fikir ayrılıqları var. Trampın əsas tərəfdarları Ukraynaya yardımı lüzumsuz hesab edirlər və bu məsələdə onun sərt mövqe tutmasını istəyirlər. Beləliklə, Tramp seçicilərinin gözündə daha güclü lider kimi görünmək üçün bu qərarı verə bilər.

Trampın bu qərarı 2024-cü il seçki kampaniyası zamanı verdiyi vədlərlə də bağlıdır. O, vətəndaşlarına xarici ölkələrə böyük məbləğdə vəsait xərcləmək əvəzinə, ABŞ iqtisadiyyatına investisiya qoyacağını söz vermişdi. İndi bu siyasətini yerinə yetirmək üçün Ukraynaya ayrılan yardımı azaltmağa çalışır. Tramp administrasiyası üçün Ukraynaya dəstəyin azalması, həm daxili siyasətdə seçicilərin gözündə populyarlığını artırmaq, həm də beynəlxalq arenada ABŞ-nin prioritetlərini yenidən müəyyənləşdirmək üçün bir addım kimi qiymətləndirilir. Bu, Ukraynanın müharibə strategiyasına və Qərbin ümumi siyasətinə ciddi təsir edə bilər.

Avropa liderləri isə Ukraynaya dəstəklərini ifadə edərək, Londonda toplanaraq Ukraynaya dəstək üçün bir aylıq atəşkəs və müdafiə xərclərinin artırılması kimi alternativlər təklif etdilər. Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer Ukrayna və Rusiya arasında bir aylıq qismən atəşkəs təklifi irəli sürüblər. Onlar bu müddət ərzində sülh danışıqlarına başlamağı planlaşdırırlar. Avropa liderləri Zelenskini dəstəkləyərək ABŞ-nin mövqeyinə baxmayaraq, Ukraynaya yardımın davam etdirilməsini vurğulayıblar. Aİ liderləri Amerikanın Ukraynaya hərbi yardımını dayandırmasından sonra öz müdafiə xərclərini artırmağı və Ukraynaya dəstəyi gücləndirməyi müzakirə ediblər. Onlar Trampın qərarının Avropanın təhlükəsizliyinə təsir edəcəyini və bu səbəbdən daha müstəqil müdafiə strategiyalarının inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

 Rusiya isə Trampın Zelenskiyə qarşı sərt tənqidlərini, Ukrayna liderinin və onun avropalı müttəfiqlərinin "mənəvi tənəzzülü"nə bir eyham kimi qəbul edir. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu hadisəni Zelenskinin diplomatik uğursuzluğu və Avropa liderlərinin siyasi və mənəvi zəifliyinin göstəricisi kimi qiymətləndirir. Nəticə etibarilə, Tramp-Zelenski görüşü ABŞ-Ukrayna münasibətlərində ciddi gərginliyə səbəb olub və beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb.

Şəbnəm Zeynalova

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Bakıvaxtı.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Mart 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see193

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see169

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see142

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see139

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see128

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see126

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri