Ağacların dibinə tamet döşəyən kafe sahibinə CƏRİMƏ

07.08.2026

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında ağacların kəsilməsi və zədələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq müvafiq idarədən bildirilib.

Araşdırma zamanı sözügedən ərazidə ağacların dibinə tikinti-söküntü tullantılarının atıldığı və üzərinə tamet daşları döşəndiyi  müəyyən edilib. Faktla bağlı “Lion Pub” iaşə obyektinin istifadəçisi Vüsal Ələkbərov barəsində protokol tərtib edilib və onun vəzifəli şəxs qismində cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür. 

Eyni zamanda, ərazidəki yaşıllıqların mühafizə olunması məqsədilə Xətai Rayon Polis İdarəsinə, ağacların dibinin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması və onlara aqrotexniki qulluq göstərilməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyətinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.

Ərazidəki ağaclar identifikasiya etiketi ilə nişanlanaraq agac.az informasiya sistemində qeydiyyata alınıb. 

Xəzər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью