Ağacların dibinə tamet döşəyən kafe sahibinə CƏRİMƏ
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xətai rayonu, Xudu Məmmədov küçəsi 41 ünvanında ağacların kəsilməsi və zədələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bu barədə "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq müvafiq idarədən bildirilib.
Araşdırma zamanı sözügedən ərazidə ağacların dibinə tikinti-söküntü tullantılarının atıldığı və üzərinə tamet daşları döşəndiyi müəyyən edilib. Faktla bağlı “Lion Pub” iaşə obyektinin istifadəçisi Vüsal Ələkbərov barəsində protokol tərtib edilib və onun vəzifəli şəxs qismində cərimə olunması istiqamətində qanunamüvafiq tədbirlər görülür.
Eyni zamanda, ərazidəki yaşıllıqların mühafizə olunması məqsədilə Xətai Rayon Polis İdarəsinə, ağacların dibinin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması və onlara aqrotexniki qulluq göstərilməsi məqsədilə Xətai Rayon İcra Hakimiyyətinə və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub.
Ərazidəki ağaclar identifikasiya etiketi ilə nişanlanaraq agac.az informasiya sistemində qeydiyyata alınıb.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 07 Avqust 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















