Ağadadaş Ağayev məhkəməsində zərərçəkənlərlə barışdı: “Baltanı götürüb kənara qoydum ki…” …
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq. Xalq artisti, müğənni Ağadadaş Ağayev onunla bağlı cinayət işi üzrə zərərçəkmiş qismində tan
Bizimyol.info xəbər verir ki, yanvarın 8-də keçirilən məhkəmə prosesində hər iki zərərçəkmiş Ağadadaş Ağayevdən şikayətçi olmadığını bildiri
Onların barışıq ərizələrini müğənninin vəkili Asim Abbasov məhkəməyə təqdim edib.
Xuliqanlıqda ittiham olunan Ağadadaş Ağayevin işinə Binəqədi Rayon Məhkəməsində baxılır.
Hakim Vüsal Tağıyevin sədrliyilə keçirilən bugünkü məhkəmə prosesində əvvəl zərərçəkmiş Nəzakət Paşayeva ifadə verərək bildirib ki, hadisə günü öz işiylə məşğul olarkən səs-küy eşidib.
Qapıya tərəf gedəndə müğənninin çöldən atdığı balta onun ayağına dəyib: “Baltanı götürüb kənara qoydum ki, onlardan hansısa biri götürməsin.
Mübahisə edənlərin kimliyini də sonradan öyrəndim. Niyə dalaşdıqlarını da bilmirdim”.
O, Ağadadaş Ağayevə qarşı şikayət və tələbi olmadığını da əlavə edib. Daha sonra digər zərərçəkmiş Nurəddin Cəlilov ifadə verib.
Tam oxu
Xəbəri oxu