Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Ağadadaş Ağayev məhkəməsində zərərçəkənlərlə barışdı: “Baltanı götürüb kənara qoydum ki…”

Ağadadaş Ağayev məhkəməsində zərərçəkənlərlə barışdı: “Baltanı götürüb kənara qoydum ki…”

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Xalq artisti, müğənni Ağadadaş Ağayev onunla bağlı cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər – “MedEra Hospital”da onunla dava edən gözətçi Nurəddin Cəlilov və ayağına balta dəyən Nəzakət Paşayeva ilə barışıb.

Bizimyol.info xəbər verir ki, yanvarın 8-də keçirilən məhkəmə prosesində hər iki zərərçəkmiş Ağadadaş Ağayevdən şikayətçi olmadığını bildirib. Onların barışıq ərizələrini müğənninin vəkili Asim Abbasov məhkəməyə təqdim edib.

Xuliqanlıqda ittiham olunan Ağadadaş Ağayevin işinə Binəqədi Rayon Məhkəməsində baxılır. Hakim Vüsal Tağıyevin sədrliyilə keçirilən bugünkü məhkəmə prosesində əvvəl zərərçəkmiş Nəzakət Paşayeva ifadə verərək bildirib ki, hadisə günü öz işiylə məşğul olarkən səs-küy eşidib. Qapıya tərəf gedəndə müğənninin çöldən atdığı balta onun ayağına dəyib: “Baltanı götürüb kənara qoydum ki, onlardan hansısa biri götürməsin. Mübahisə edənlərin kimliyini də sonradan öyrəndim. Niyə dalaşdıqlarını da bilmirdim”. O, Ağadadaş Ağayevə qarşı şikayət və tələbi olmadığını da əlavə edib.

Daha sonra digər zərərçəkmiş Nurəddin Cəlilov ifadə verib. O, istintaqa ifadəsini təsdiqləyib. Əlavə edib ki, müğənniyə qarşı şikayət və tələbi yoxdur.

Hadisə gününə gəlincə, bunları danışıb:

“Ağadadaş Ağayev nalayiq sözlər işlədə-işlədə gəlirdi. Düzü, qarşılıqlı şəkildə bir-birimizə nalayiq sözlər dedik”. O, bildirib ki, balta ona dəyməyib, iş yoldaşına dəydiyini də görməyib.

“MedEra" hospitalının həkimi Ceyhun Hüseynov isə məhkəmədə şahid kimi ifadə verib. Deyib ki, həmin gecə növbədə idi, çağırışla gedib müğənnini müayinə edib. Onun içkili olduğundan şübhələnsə də, bunu dəqiq deyə bilməz. Çünki əlində sübut yoxdur.

Məhkəmə prosesi davam edir.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Binəqədi Rayon Məhkəməsinə Ağadadaş Ağayevlə bağlı daha bir cinayət işinə baxılır. Həmin işdə isə Nurəddin Cəlilov təqsirləndirilən, Ağadadaş Ağayev zərərçəkmişdir. Sözügedən hadisə zamanı o, müğənnini yerə yıxıb döydüyünə görə xuliqanlıqda ittiham olunur.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Yanvar 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri