Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Ağcabədi rayonunda qəbiristanlıqdan xeyli sayda mərmər aksesuar oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kənd qəbiristanlığında qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, bir neçə gün əvvəl yaxınlarının məzarını ziyarətə gedən şəxslər qəbirüstü abidələrin üzərindəki mərmər gül qablarının oğurlandığını aşkar ediblər.
Hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib. Lakin sakinlər bildirirlər ki, hələlik məsələnin araşdırılması ilə bağlı hər hansı nəticə əldə olunmayıb.
Kənd sakinləri oğurlanan mərmər aksesuarların ümumi dəyərinin 10 min manatdan çox olduğunu iddia edirlər. Onları narahat edən əsas məqam isə oğurluq edən şəxslərin yenidən qəbiristanlığa qayıdaraq digər məzarlara da ziyan vura bilməsi ehtimalıdır.
Ziya Əmirxanlı